Icma.az
close
up
RU
Ermənistan sülh istəyirsə, niyə silahlanır?

Ermənistan sülh istəyirsə, niyə silahlanır?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırılması müsbət xəbər olsa da, İrəvanın addımları heç də sülh niyyətindən xəbər vermir. Mətn üzrə işlərin yekunlaşdığı barədə rəsmi informasiya açıqlanandan dərhal sonra Ermənistan yenə də silaha əl atdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif saatlarda gün ərzində üç dəfə olmaqla Gorus rayonunun Dığ, Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra sürətlə silahlanması, havadarlarının dəstəyi ilə hərbləşdirilməsi onun Azərbaycanla yeni müharibəyə hazırlaşdığını göstərir. İrəvan Fransadan, Hindistandan, Yunanıstandan və digər ölkələrdən silahlar alır, hərbi büdcəsini artırır. Avropa İttifaqının missiyasını müşahidə adı ilə Azərbaycanla şərti sərhədə yerləşdirib. Və təxribatlarını davam etdirir. Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığı bir vaxtda Ermənistanın silaha əl atmasının səbəbi nədir?

Milli Məcliin deputatı Hikmət Baboğlu mövzu ilə bağlı "525"ə bildirib ki, bir neçə gündür bütün dünyaya sülhlə bağlı çar çəkən və mələk simasında görünən Nikol Paşinyanın əsl üzü indi göründü. Sutka ərzində üç dəfə atəşkəsi pozmaqla əslində Ermənistanın niyyətinin nə olduğunu nümayiş etdirmiş oldu.

Onun sözlərinə görə, Paşinyan hesab edir ki, dünya ictimaiyyəti və qlobal ictimai rəy o qədər sadəlövhdür ki, bir tərəfdən sülhdən danışıb, digər tərəfdən müharibəyə hazırlaşmaqla onu aldatmaq və Azərbaycanı sülh istəməyən tərəf kimi hədəfə gətirmək olar: "Amma bu, baş tutmayacaq. Çünki bu, mümkün deyil. Görünür, 44 günlük müharibədən ötən beş il ərzində Paşinyan Azərbaycan diplomatiyasının gücünü hələ də obyektiv qiymətləndirə bilməyib. Ona görə də belə yanlış həvəslərə düşüb".

H.Babaoğlu hesab edir ki, atəşkəsin pozulması Ermənistanın əsl simasının göstəricisidir: "Biz bilirik ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun üçün də çox ciddi silahlar alır, ciddi ordu komplektləşməsi aparır. Xaricdən hərbi təlimçilər dəvət edir. Onun müharibə istəyini dəstəkləyən tərəflər, mərkəzlər də var. Ona görə də Paşinyan hesab edir ki, bir tərəfdən sülh deyib, başqa bir tərəfdən müharibəyə hazırlaşmaqla, Azərbaycan üzərində bir diplomatik hərbi-siyasi üstünlük quracaqdır. Amma bu, mümkün deyil. Artıq bu səhifə çoxdan çevrilibdir. Ortada olan isə ondan ibarətdir ki, Paşinyan daha çox müharibəyə hazırlaşır, nəinki sülhə. Baxmayaraq ki, artıq sülh sazişi layihəsinin 17 maddəsinin hamısının razılaşdırıldığı bildirilib. Nə qədər ki, əməldə Ermənistan lazımi addımları atmayıb, yəni Konstitusiyasına dəyişiklik etməyib, ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Azərbaycanla birgə müraciət etməyib, Avropa İttifaqının casus missiyası Ermənistan-Azərbaycan sərhədindən çəkilməyib, nə qədər ki, 300 mindən çox azərbaycanlı öz tarixi torpaqlarına qayıtmayıb, bir o qədər də biz Paşinyanın sülh niyyətinə və sülh niyyətində səmimi olduğuna inanmayacağıq".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov isə "525"ə deyib ki, Ermənistanın son atəşkəs pozuntuları bir daha onu göstərir ki, bu ölkənin sülh niyyəti sadəcə dırnaqarası xarakter daşıyır. Atəşkəs pozuntularının məqsədi əvvəlkilərdən fərqli deyil. Ermənistan bununla ordumuzu və dövlətimizi təxribata çəkərək bütün dünyaya car çəkmək istəyir ki, baxın, Azərbaycan sülh istəmir.

Onun sözlərinə görə, əslində Ermənistanın razılaşdırılmayan iki maddəni birdən-birə razılaşdırıb, guya Azərbaycandan sülh sazişinin imzalanmasının yeri və vaxtı ilə bağlı danışıqlar aparmaqla bağlı bəyanat verməsi də ona dəlalət edir ki, Ermənistan sadəcə və sadəcə sülhün imitasiyasını həyata keçirməkdədir: "Necə olur ki, 17 maddəlik sülh sazişi layihəsinin 15 maddəsi qısa zamanda razılaşdırılır, qalan iki maddə ətrafında müzakirlər gedir və iki il sonra Ermənistan ona razılıq verdiyini açıqlayır. Bütün bunlar onu göstərir ki, dünyanın geosiyasi konyukturasının dəyişməsi Ermənistanın lehinə olmadığına görə qısa zamanda belə bir ritorika yaratmaq istəyir ki, guya sülhün tərəfdarıdır. Bununla da beynəlxalq aləmin dəstəyini qazanmağa çalışır. Amma reallıq ondan ibarətdir ki, baxmayaraq ki, Ermənistan iki maddəyə razılıq verib, bu özü də sırf sülh sazişi layihəsinin, sülh prosesinin irəliləməsi baxımından müəyyən mənada müsbət addım kimi göstərilə bilər. Amma Ermənistan hələ də Azərbaycanın irəli sürdüyü ədalətli şərtləri yerinə yetirməyib. Söhbət burda konstitusiyanın dəyişdirilməsindən, Minsk qrupunun ləğvindən, eyni zamanda Ermənistanın demilitarizasiyasından gedir. Bu çox təzadlı və təhlükəli məqamdır ki, Ermənistan bir tərəfdən bəli, "sülh göyərçini" rolunu oynamağa çalışır, amma digər tərəfdən də biz görürük ki, intensiv şəkildə silahlanır. Fransadan, Hindistandan öldürücü hərbi texnikalar alır".

Ekspert əlavə edib ki, İrəvan Hindistandan "Akaş", "Pinaka" sistemlərini, Fransadan Sezar" özüyeriyən artilleriya qurğuları, "Bastion" zirehli transportyorları tədarük edir. Eyni zamanda da, şərti sərhəddə mövqelərini möhkəmləndirir: "Ordakı Avropa İttifaqının "müşahidə missiyası" bütün bunlara göz yumur. Bu o deməkdir ki, İrəvanın yeni himayədarı olan Brüssel sözün əsl mənasında ondan bir geosiyasi alət, plasdarm kimi istifadə edir və Ermənistanın həm təxribatlarına göz yumur, həm də ki, özü Azərbaycana qarşı kəşfiyyat tərkibli fəaliyyətlər həyata keçirməkdir. Bütün bunlar sözsüz ki, sülh prosesinə mənfi təsir göstərir. Azərbaycan həmişə olduğu kimi, öz milli maraqlarını, mövqelərini müdafiə etməyə hazırdır. Ermənistanın Azərbaycana qarşı hansısa qəsdinin qarşısı artıqlaması ilə alınacaqdır. Sadəcə olaraq Ermənistanın həm şərtləri yerinə yetirməməsi, həm təxribatları sadəcə özünə başağrısı olacaqdır".

S.Zahidov başqa bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, sülh sazişi hətta bu gün imzalansa belə, onun dayanıqlı olması üçün müəyyən şərtlər yerinə yetirilməlidir: "O şərtlərdən biri də Ermənistan cəmiyyətinin sülhə hazır olub-olmaması, azərbaycanlılarla nəqliyyat-kommunikasiya xətlərini bərpa edib birgə layihələrə hazır olmasıdır. Bu gün biz Ermənistanda bu hazırlığı görmürük, əksinə, revanşizm, faşizm ideyaları daha da baş qaldırmaqdadır və Ermənistan rəhbərliyi buna göz yumur. Nümunə üçün, fevralın 26-da "Daşnaksütyun"un 35-ci assambleyasında həm onun, həm də Ermənistanın digər müxalifət partiyalarının, o cümlədən Respublika partiyası nümayəndələri iştirak etdilər. Orda açıq-aşkar Azərbaycana qarşı ərazi iddiaları, təxribat yönümlü ifadələr yer aldı. Yəni bütün bunlar onu göstərir ki, faşizm hələ Ermənistanda var və nə qədər ki, bu, faşizm ideologiyası Ermənistan dövlətinin, cəmiyyətinin daxilinə sirayət edib, rəhbərlik də buna göz yumur, biz onların sülh niyyətlərinə əmin ola bilmərik. Bu da Cənubi Qafqazda, ümumiyyətlə təhlükəsizliyə və sülhə mənfi təsir göstərən bir məqamdır. Gələcəkdə hansısa bir münaqişə ocağının yenidən yarana bilməsinə vəsilə olacaq bir faktdır".

Politoloq Zaur Məmmədov isə hesab edir ki, əgər Ermənistan sülh istəsəyirsə, o zaman bir sıra addımlar var ki, onları atmazdı: "Ermənistan hökuməti 1 aprel - 13 iyun 2025-ci il tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Bu toplanış rekord müddətdə - tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. Şərti sərhədlərdə istehkamlar qazır və mövqelərin möhkəmləndirir. Sputnikdən çəkilən görüntülərə əsasən, Ermənistan sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirir. Naxçıvan MR istiqamətində də erməni ordusunun istehkamlar qazdığı məlum oldu.

Hərbi texniki resursların artırır. Son vaxtlar dronların alınması diqqəti çəkir. 2024-cü ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri əsas diqqətini pilotsuz texnologiyalara yönəldir. Son günlər mütəmadi olaraq ordumuz istiqamətində atəş açılır".

Politoloq Paşinyana müharibənin niyə lazım ola bildiyi sualına da aydınlıq gətirib. Onun sözlərinə görə, səbəblərdən biri seçkiqabağı vəziyyət və Rusiyapərəst müxalif qüvvələrinin fəallaşmasıdır: "Ermənistan cəmiyyətində və müxalifət dairələrində 2020-ci ildəki Qarabağ məğlubiyyətdə onu günahlandıranlar mövcuddur. Son zamanlar müxalifət partiyaları aktivləşməkdə davam edir. Qarşıda seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ataraq şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmağı istəyə bilər. Eyni zamanda, ictimai dəstək qazanmaq istəyir. Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir. Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa bilər, həmçinin bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoya bilər.

Digər tərəfdən unutmayaq ki, hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir. Hazırda husilərə qarşı ABŞ ordusu tərəfindən avia zərbələrin endirilməsi, İsrail-Qəzza-Livan-Misir kommunikasiya xəttindəki məlum proseslər, Rusiya və Ukrayna arasındakı müharibə, Suveyş kanalı və Panama kanalları ətrafında gərginliklər onu göstərir ki, yollar uğrunda müharibələrə start verilib və bütün bunlar Cənubi Qafqaz üçün də bir sıra çağırışlar vəd edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də cinayətkarlar pitonlarla hədə qorxu gələrək YDM ni qarət ediblər

17 Mart 2025 03:02see200

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see196

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see131

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see130

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

16 Mart 2025 22:57see129

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see124

Palmer millidə forma geyinməyəcək

16 Mart 2025 21:59see124

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see123

Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ

17 Mart 2025 02:03see123

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see120

İnvestisiya etdiyiniz hər qəpiyə dəyər olan üç işlənmiş avtomobil

17 Mart 2025 00:56see120

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see119

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see119

“Hər oyun kobud səhvlər buraxırıq” Berdıyev

16 Mart 2025 21:14see118

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see118

Bu film Rusiyada ilin ən çox gəlir gətirən filmləri arasında altıncı sırada yer tutur

16 Mart 2025 22:35see118

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

“Nyukasl” “Liverpul”u məğlub etdi ÇEMPİON OLDU

16 Mart 2025 23:06see116

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see115

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri