Icma.az
close
up
RU
Ermənistan sülhə doğru addım atmaq üçün real seçim qarşısındadır ŞƏRH EDİLDİ

Ermənistan sülhə doğru addım atmaq üçün real seçim qarşısındadır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Sülhə gedən yolda Ermənistanı bir sıra ciddi sınaqlar və strateji seçimlər gözləyir. Real vəziyyət ondan ibarətdir ki, hazırda regionda yeni geosiyasi reallıqlar formalaşıb və bu prosesin əsas istiqamətverici qüvvəsi Azərbaycandır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yaranan şərait, Cənubi Qafqazda güc balansını tam şəkildə dəyişib. Ermənistan artıq əvvəlki kimi regional proseslərə diktə edən deyil, bu proseslərə uyğunlaşmaq məcburiyyətində qalan tərəfdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, əgər Ermənistan doğrudan da sülhə can atırsa, ilk növbədə, qonşularının ərazi bütövlüyünə hörmət göstərməli, əsassız ərazi iddialarından imtina etməli və öz konstitusiyasında Azərbaycan ərazilərinə yönəlik iddiaları aradan qaldırmalıdır. Hazırda sülh danışıqlarında əsas maneə məhz bu məsələlərlə bağlı Ermənistan tərəfinin qeyri-səmimi davranışıdır: "Digər mühüm amil isə Ermənistanın xarici siyasətindəki ziddiyyətlərdir. Rəsmi İrəvan bir tərəfdən Qərbə inteqrasiya etmək istədiyini bildirir, digər tərəfdən Rusiya ilə hərbi ittifaqdan tam çıxmağa cəsarət etmir. Bu ikili siyasət sülh prosesini uzadır və regionda gərginliyin qalmasına səbəb olur. Halbuki, real və davamlı sülhün bərqərar olması üçün Ermənistan aydın, praqmatik və milli maraqlara əsaslanan siyasət yürütməlidir.

Sülh sazişinin imzalanması Ermənistan üçün həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar aça bilər. Zəngəzur dəhlizinin reallaşması, regiondaxili ticarət yollarının açılması və kommunikasiya əlaqələrinin bərpası Ermənistanı uzun illər davam edən təcriddən çıxara bilər. Amma bunun üçün İrəvan real addımlar atmalı, revanşist qüvvələrin təsirindən qurtulmalıdır. Ermənistanın qarşısında iki yol var: ya keçmişin səhvlərini təkrarlayıb, qapalı, iqtisadi cəhətdən zəif və siyasi baxımdan asılı dövlət kimi qalmaq, ya da regional əməkdaşlığa qoşularaq, sülh və inkişaf yolunu seçmək. Hansı istiqaməti seçəcəyi isə Ermənistan rəhbərliyinin siyasi iradəsindən və xalqının dəyişikliklərə nə qədər hazır olmasından asılı olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri