Icma.az
close
up
RU
İtirilən hər gün Ermənistan üçün böyük itkilərdir ŞƏRH EDİLDİ

İtirilən hər gün Ermənistan üçün böyük itkilərdir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanın Azərbaycanla gələcək münasibətləri və sülh müqaviləsi ilə bağlı mövqeyi çox ziddiyyətlidir. Cənab Prezidentimiz ADA Universitetində forumda çıxışında bildirdi ki, həm müxalifətin, həm də iqtidarın mövqeyi təqribən eynidir. Onlar bir tərəfdən Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın güc olaraq öz hüquqlarını müdafiə etməyi bacardığını görürlər, digər tərəfdən isə bacardıqları qədər, indi olmasa da, sonrakı dövrlər üçün Azərbaycana qarşı iddialarını rəsmiləşdirmək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əlbəttə ki, eyni zamanda iki stolda oturmaq olmaz: "Amma Ermənistan bunu etməyə çalışır. Bir tərəfdən Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanması üçün Azərbaycanı tələsdirirlər, digər tərəfdən isə mövqelərimizə qarşı hərbi təxribat edirlər. Bir tərəfdən konstitusiyanı dəyişəcəklərini bildirirlər, amma digər tərəfdən isə dəyişmədən sülh müqaviləsini imzalamaq istəyirlər. Hansı ki, bu yolverilməzdir. Hələki mövcud olan konstitusiyada Azərbaycana ərazi iddiaları var".

Millət vəkili qeyd edir ki, kim zəmanət verə bilər ki, Ermənistan sülh müqaviləsi imzalayandan sonra konstitusiyanı dəyişməkdən imtina etməyəcək? Onlar sülh müqaviləsi imzalanmadan kommunikasiyanın açılmasını təklif edirlər: "Çünki özlərini izolyasiyaya salıblar. Azərbaycanın imkanlarını görürlər, bu imkanlarda öz yerini tutmağa çalışırlar. Lakin onlar üçün bir mənalı addım olmalıdır ki, konstitusiyalarını və eyni zamanda ona bağlı olan qanunları dəyişməsələr, ATƏT-in keçmiş Dağlıq Qarabağ problemi üzrə Minsk Qrupu buraxılmasa, sülh müqaviləsi imzalanmayacaq və itirilən hər gün Ermənistan üçün böyük itkilərdir. Bu, dövlətçiliyinin zəifləməsidir. Bu, iqtisadi imkanlarının zəifləməsidir. Bu, dünya arenasına çıxmağın seçilməsidir. Ən əsası isə Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlərin yanında olmaq imkanına malik olmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri