Icma.az
close
up
RU
“Ermənistan sülhü uzadır, Azərbaycan hərbi üstünlüyündən istifadə etməlidir” AÇIQLAMA

“Ermənistan sülhü uzadır, Azərbaycan hərbi üstünlüyündən istifadə etməlidir” AÇIQLAMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənilər müharibəni uduzdu, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu, amma hələ Azərbaycan-Ermənistan arasında sülh danışıqları gedir". 

Bu barədə siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, qalib Azərbaycanla məğlub Ermənistan arasında danışıqların illərlə davam etməsi normal hal deyil: 

"Azərbaycan təbii olaraq bu məsələdə irəliyə getmək istəyir. Ermənistan tərəfi isə müxtəlif yollarla vəziyyəti uzatmaq niyyəti güdür. İran da Zəngəzur dəhlizinin açılmasına imkan vermir. 44 günlük müharibədən, daha doğrusu anti-terror əməliyyatından sonra rəsmi Bakı İrəvan qarşısında bir sıra tələblər irəli sürdü. Sülh sazişinin mətni ilə bağlı razılıq əldə olunsa da, iki mühüm tələb - Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi hələ də reallaşmayıb. Ermənistan mediasını az-çox izləyən biri kimi deyirəm ki, sülh məsələsində nisbətən adekvat olan ermənilər belə Bakının tələblərini bəhanə hesab edirlər. Yəni nəinki radikallar, heç liberal kəsim belə Konstitusiyada nəzərdə tutulan dəyişikliyi qəbul etmək istəmir. Bu da ermənilərin cəmiyyət olaraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmədiklərini göstərir. Ona görə Azərbaycan mövqeyində haqlıdır. Biz düz edirik. İrəvan hökuməti Minsk qrupunun ləğvinə razılıq versə də, Konstitusiya məsələsini 2026-cı ildə keçiriləcək seçkilərdən sonraya saxlamağı planlaşdırırlar".

Əhəd Məmmədli: Üstünlüyümüzdən faydalanaraq Zəngəzur dəhlizini də açmalıyıq və nəzarəti öz üzərimizə götürməliyik

Ə.Məmmədli vurğulayıb ki, Ermənistan vaxt udmağa çalışsa da, hərbi üstünlüyümüzdən istifadə etməklə regiondakı prosesləri xeyrimizə dəyişməliyik: 

"Üstünlüyümüzdən faydalanaraq Zəngəzur dəhlizini də açmalıyıq və nəzarəti öz üzərimizə götürməliyik. Düzdür, regionda vəziyyət tam lehimizə deyil. İran Ermənistanın yanındadır. ABŞ və Avropa da İrəvana dəstək verir. Amma Türkiyə faktorunu, o cümlədən Çin və Rusiyanın mövqeyini nəzərə alsaq, prosesi öz xeyrimizə dəyişmək imkanlarımız var. Türk dünyasının birləşməsi yönündə əlimizdən gələn addımı atmalıyıq. Əks halda Ermənistan vəziyyət öz xeyrinə dəyişdiyi anda Bakının tələblərini yerinə yetirməkdən imtina edəcək. Ona görə də hərbi üstünlüyümüzdən yararlanmalıyıq". 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında irəliləyiş müşahidə olunmur. Qriqoryan qeyd edib ki, yeni nəsə olsa, ictimaiyyətə məlumat veriləcək.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see189

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see156

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see153

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri