Icma.az
close
up
RU
Ermənistan tərəfi anladı ki, vasitəçilərin arxasında gizlənmək dövrü artıq geridə qalıb

Ermənistan tərəfi anladı ki, vasitəçilərin arxasında gizlənmək dövrü artıq geridə qalıb

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Neytral danışıq meydançası olaraq seçilən Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsini və tam ikitərəfli formatda, yəni ki, heç bir vasitəçi olmadan müzakirələr aparmasını həqiqətən də real sülhə doğru mühüm addım kimi, tarixi dönüş nöqtəsi kimi qiymətləndirmək lazımdır. Çünki hazırda tərəflər arasında normal etimad mühiti formalaşıb. Bu gün Bakı ilə İrəvanın vasitəçilər olmadan da bu və ya digər razılaşmalara nail ola bilirlər.
Təsadüfi deyil ki, Azərbaycan XİN-in yaydığı məlumatda da vurğulanır ki, bu gün normallaşma prosesinin ən səmərəli yolu məhz bu cür ikitərəfli, nəticəyönümlü dialoqlardır və tərəflər belə formatın davam etdirilməsində razılığa gəliblər. Bəli, bu xətti davam etdirmək ən doğru seçimdir. Vasitəçisiz danışıqlar Ermənistan-Azərbaycan sülh prosesi üçün ən səmərəli formatdır. Xüsusən də Rusiya kimi təxribatçı, destruktiv vasitəçilərin olmadığı danışıqlardan daha çox müsbət nəticələr əldə etmək mümkündür. Əbu-Dabidə əldə edilən ilkin nəticələr də onu göstərir ki, Rusiyanın olmadığı hər işdə və hər yerdə doğrudan da həm qarşılıqlı anlayış var, həm də tərəqqi üçün şans var.
Beləliklə, bu gün Ermənistan tərəfi də tam olaraq anladı ki, vasitəçilərin arxasında gizlənmək dövrü artıq geridə qalıb və ikitərəfli danışıqlar yekun sülhə nail olmaq üçün ən əlverişli formatdır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 5 saata yaxın davam edən birbaşa görüşün uğurlu keçməsi, tərəflərin mövqelərini yaxınlaşdırması bu kontekstdə mühüm siyasi hadisədir. Əbu-Dabi görüşü dünya birliyi tərəfindən də Azərbaycan-Ermənistan sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir. Çünki görüş zamanı məhsuldar müzakirələr aparıldı, gündəlikdəki bütün məsələlər ətraflı şəkildə nəzərdən keçirildi, tərəflər mövqelərini xeyli dərəcədə yaxınlaşdırmağa nail oldular və ən əsası isə, müxtəlif səviyyələrdə intensiv dialoqu davam etdirmək, prosesi məntiqli sonluğa çatdırmaq üçün müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə təmaslar qurmaq barədə razılığa gəlməyi bacardılar.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ev sahibliyi etdiyi və kifayət qədər konstruktiv atmosferdə keçən bu görüş zamanı sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparıldı. Bu isə sülh prosesinin sürətləndirilməsi deməkdir. Ona görə də Əbu-Dabi görüşünə Azərbaycan-Ermənistan münasibətlərində açılan yeni səhifə kimi baxmalıyıq. Proseslər Azərbaycanın cızdığı "yol xəritəsi" üzrə davam edir. Prezident İlham Əliyevin ardıcıl və prinsipial diplomatiyası mübət nəticələr verir. Əbu-Dabi görüşü Azərbaycanın bu prosesdə aparıcı tərəf olduğunu göstərməklə yanaşı, həm də tərəfləri yekun sülhə doğru bir addım da yaxınlaşdırdı.
Əbu-Dabidəki 5 saatlıq tarixi görüş sülh gündəliyini real nəticəyə bir addım da yaxınlaşdırdı. Eyni zamanda, konstruktiv şəraitdə keçən bu müzakirələr bir daha göstərdi ki, Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin formalaşması ilk növbədə region ölkələrinin öz iradəsindən asılıdır. İlham Əliyev Əbu-Dabidə Nikol Paşinyana dayanıqlı sülhün gətirəcəyi imkanları göstərə bildi. İdman şərhçilərinin dili ilə desək, indi top Ermənistan tərəfdədir. Paşinyan artıq anlamalıdır ki, "sülhsevər"lik imitasiyası ilə məşğul olmaq zamanı bitdi. İndi Ermənistan yekun sülhə doğru real addımlar atmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyul 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri