Ermənistan torpaqlarımızı Rusiya silahları ilə işğal edibmiş Lavrovdan ETİRAF
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yeddi rayonunun ələ keçirilməsi üçün Rusiya silahlarından istifadə edib”.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb.
“Xatırladım ki, Ermənistan demək olar ki, özünün bütün müstəqillik illərində, eləcə də heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonun ələ keçirilməsində Rusiya silahından istifadə edib”, - deyə Lavrov qeyd edib.
Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkam qurğularının və döyüş xətlərinin qurulması üçün də istifadə edilib.
Onun sözlərinə görə, bütün bunlar həmin ərazilərin uzun müddət saxlanılmasına hesablanıb: “Bəzi analitiklər isə bildirib ki, həmin mühəndis istehkam qurğularının xarakteri Ermənistanın həmin rayonları Azərbaycana geri qaytarmağı planlaşdırmadığından xəbər verib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















