Lavrovdan etiraf: Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı silahlarımızdan istifadə edib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfəri zamanı Ermənistanın Azərbaycan dövlətinin ərazilərinin işğalı zaman Rusiya silahlarından istifadə etməsi faktını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya diplomatiyasının rəhbəri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında açıq şəkildə bildirib.
"Ermənistan müstəqillik əldə etdikdən sonra bütün illər ərzində Rusiya silahlarından istifadə edib, o cümlədən Qarabağın ətrafındakı yeddi rayonu ələ keçirmək üçün", - Lavrov vurğulayıb.
Bu açıqlama jurnalistlərin Rusiyanın Azərbaycana silah tədarükü ilə bağlı sualına cavab olaraq verilib.
"Bizim silahlarımız Afrikada da istifadə olunur. Hətta Mozambik bayrağının üzərində Kalaşnikov avtomatı əks olunub", - rusiyalı nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















