Icma.az
close
up
RU
Ermənistan Turan a qoşulur: Bakı və Ankara razılaşdı Türk lider açıqladı

Ermənistan Turan a qoşulur: Bakı və Ankara razılaşdı Türk lider açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın da səfərinin gözlənildiyini açıqlayıb.

Liderlərin Çində keçirilən sammitdə iştirakından sonra bu səfər diqqət çəkir.

Səfərin məqsədi nədir? Hansı mövzular müzakirə oluna bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Qazaxıstan bundan əvvəl də Azərbaycanla Ermənistan arasında dialoq üçün platforma təqdim etməyə hazır olduğunu bildirmişdi:

“Xatırladaq ki, platforma təklifindən sonra 2024-cü ildə Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparıldı. Tokayevin oxşar təklifi yaxın zamanda yenidən səsləndirməsi, Qazaxıstanın bu danışıqlar üçün etibarlı və neytral platforma rolunu gündəmdə saxladığını göstərir. Çünki Azərbaycan və Ermənistanın XİN başçıları Almatıda heç bir üçüncü tərəf olmadan sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş layihəsinin müddəalarını müzakirə etdilər və fikir ayrılıqlarına baxmayaraq danışıqları davam etdirməyə razılaşdılar. Bu isə Vaşinqton görüşünə təkan oldu.

Nəticə olaraq ilin sonuna qədər Prezident İlham Əliyev Qazaxıstana səfər etsə və orada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşsə, müzakirə ediləcək mövzular Vaşinqton razılaşmasından irəli gələn məsələlər ətrafında olacaq. Həmçinin liderlər arasında yekun sülh müqaviləsinin imzalanması prosesinin irəlilədilməsi, nəqliyyat xətlərinin açılmasının tezləşdirilməsi, bu istiqamətdə görülən işlər, habelə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri gündəmdə olacaq”.


Elmir Səftərov

Siyasi şərhçi bildirib ki, yekun sülh sazişinin imzalanmasına qədər bütün məsələlər həll edilməlidir:

“O baxımdan, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasına əsas yaradan maddələrin çıxarılması məsələsi ölkəmizin gündəmindədir. Bakının məsələ ilə bağlı mövqeyi ehtimal görüş çərçivəsində də qarşı tərəfə çatdırılacaq və işlərin hansı mərhələdə olduğu bir daha dəqiqləşdiriləcək.

Azərbaycan tərəfi əldə olunmuş son razılaşmaların inkişaf etdirilməsi üçün sərhəddə sabitliyin təmin edilməsinin vacibliyinə diqqət çəkəcək. Ermənistanın Türkiyə ilə münasibətlərini tənzimləməsi fonunda fonunda Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın enerji layihələrində iştirak imkanlarını nəzərdən keçirməsi mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri