Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Bakı və Ankara arasında nifaq toxumu... Türk general açıqladı

Bakı və Ankara arasında nifaq toxumu... Türk general açıqladı

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan baş nazirinin uzun müddətdir yürütdüyü siyasətin əsas məqsədi Türkiyə ilə münasibətlərini Azərbaycanla Ermənistan arasındakı problemlərdən ayırmaqdır.

Axar.az xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz Globalinfo.az-a açıqlamasında Ermənistan-Türkiyə sərhədindəki “Marqara” ("Alican") keçid məntəqəsinin açılması ilə bağlı deyib.

“Hazırda onlar Türkiyə ilə bağlı məsələnin ayrı, Azərbaycanla Ermənistan arasındakı məsələnin ayrı bir məsələ olduğu təəssüratını yaradırlar. Türkiyənin xüsusi nümayəndələri ilə keçirilən görüşləri və ya müxtəlif platformalarda baş verən hadisələri ön plana çıxarmaqla həm də nifaq toxumu əkməyə çalışırlar. Təxminən 20 gün əvvəl Avropada illik toplantıda iştirak edən Türkiyə və Ermənistan nümayəndə heyətlərinin görüşünə böyük bir görüş donu geyindirərək ictimaiyyətə təqdim etdilər. Daha öncə isə sərhəddə belə bir görüş təşkil etməyə çalışdılar.

Bildiyiniz kimi, Türkiyədən olan bəzi media mənsubları üçün Ermənistana press-tur təşkil edib, müxtəlif yerləri gəzdiriblər. Nikol Paşinyan onlara müsahibə verib. Bununla özlərini məsələnin sülh yolu ilə həllini istəyən dövlət kimi göstərməyə çalışırlar.

Nəhayət, Suriyaya humanitar yardımın göndərilməsi marşrutunu sanki Türkiyə ilə Ermənistan arasında normallaşma kimi mətbuata təqdim etdilər. Bununla bağlı ABŞ-ın Qafqazdakı nümayəndəsinin dəstəkləyici açıqlama verməsini də təşkil etdilər. Bunlar Ermənistanın həyata keçirdiyi tədbirlərdir. Bu fəaliyyətlər, əvvəl də qeyd etdiyim kimi, Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq məqsədi ilə müəyyən bir plana uyğun şəkildə həyata keçirilir”, - ekspert bildirib.

Y.Karauz qeyd edib ki, Ermənistan konstitusiyasına görə Türkiyə ilə problemlər yaşayır:

“Qondarma “soyqırım”la bağlı bəzi problemlər, eyni zamanda ərazi iddiaları var. Həmçinin Ermənistanın dövlət gerbində Ağrı dağını göstərən simvollar mövcuddur. İlk növbədə Türkiyə ilə Ermənistan arasında bunlar həll olunmalıdır. Ermənistan atəşkəs sazişinə riayət etməlidir. Ermənistan öz maraqlarına uyğun şəkildə onu pozur və bu mənada Azərbaycanı tələyə salmağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişin tələblərini yerinə yetirməlidir. Ermənistan bir an öncə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Sülh müqaviləsi imzalanana qədər, həm Azərbaycana, həm də Türkiyəyə qarşı iddialarından əl çəkməyənə və konstitusiyasında dəyişiklik etməyənə, qondarma “erməni soyqırımı” iddialarından geri durmayana qədər Türkiyə sərhədlərini açmamalıdır”.

Generalın sözlərinə görə, bu prizmadan baxsaq, Ermənistan tərəfi qurduğu oyunda bu dəfə humanitar məsələdən sui-istifadə edib:

“Bu mənada Suriyaya yardım göndərilməsi ilə bağlı Türkiyədən sərhəd-keçid məntəqəsinin açılmasını istəyib. İrəvanın bu tələbi humanitar yardım fəaliyyəti kimi və Suriyanın yeni administrasiyasının xalqın yalnız yardımlar hesabına ayaqda qaldığını bəyan etdiyi üçün, beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq qəbul edildi. Ermənistan rəhbərliyi bu məqsədlə yardım maşınları göndərmək istədiyini bəyan edib. Türkiyə yalnız bu məqsədlə məhdud sayda yük maşınının keçməsinə icazə verib. Bu müvəqqəti icazə normallaşma addımı deyil. Və bunu Azərbaycan xalqı da belə bilsin. Türkiyənin normallaşma istiqamətində danışıqları Azərbaycanın Ermənistanla normallaşma prosesi ilə uzlaşır. Bu məsələlər Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə son səfəri zamanı ətraflı müzakirə olunub. Ona görə də bu humanitar yardıma qapının açılması müstəsna xarakter daşıyır. Mövcud vəziyyətlə bağlı prosesə təsir edəcək bir məsələ deyil”.

Y.Karauz bildirib ki, Türkiyə keçmişdə də xarici siyasətində – Fransanın NATO-nun hərbi qanadına geri dönməsi, Yunanıstanın bu təşkilata qayıtması, yaxud da ermənilərin digər bu cür təşəbbüsü kimi humanist addımlar atıb:

“Bu təcrübəyə əsaslanaraq Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Zəngəzur dəhlizi açılmadan, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxmadan, eyni zamanda Paşinyanın da etiraf etdiyi kimi, 1944-cü ilə qədər olmayan və sonradan başqa dövlətlərin dəstəyi ilə irəli sürülən qondarma “soyqırım” iddialarından əl çəkmədən Türkiyə ilə sərhədlər açılmamalıdır. Türkiyənin Ermənistandan açılan qapıdan bir mənfəəti, karı yoxdur. 2023-cü ildə zəlzələ zamanı yardım karvanının Türkiyəyə keçməsinə icazə verdik. Türkiyənin Ermənistandan gələn yardıma da ehtiyacı yoxdur. Lakin bu, humanitar yardım adı altında müraciət edən bir dövləti incitməmək və normallaşmaya dəyər verdiyini göstərmək üçün edilən müvəqqəti, müstəsna bir addımdır.

Ona görə də iki qardaş ölkədə olan insanlarımız Azərbaycanın xəbəri və koordinasiyası olmadan Türkiyənin Ermənistanla sərhədlərini yenidən açdığı təsəvvürü yaratmağa çalışanlara aldanmamalıdırlar. Türkiyə Azərbaycanın xəbəri və koordinasiyası olmadan davamlı bir addım qətiyyən atmayacaq. Bunu keçmişdə, xüsusən 2020-ci ildən sonra yaşanan proseslərdə Şuşa Bəyannaməsi ilə təsdiq etmişdir. Ermənistanın Azərbaycana qarşı təhdidləri davam etdiyi müddətdə Türkiyə Ermənistanla hansı sərhədi aça bilər ki?”

Türk general Ermənistanın bu oyununa düşməmək üçün ayıq-sayıq olmağın vacibliyini bildirib:

“Ona görə də mən xüsusilə istərdim ki, Azərbaycan xalqı Ermənistanın bu oyununu boşa çıxarsın, bu dezinformasiya qarşısında ayıq və xəbərdar olsun, bu oyunlara uymasın. Çünki bu, həssas məsələdir və yeni bir mövzu deyil. Bu mənada Ermənistan Azərbaycana və Türkiyəyə qarşı psixoloji təzyiq göstərməyə çalışır”.

Yücəl Karauz sonda vurğulayıb ki, Türkiyə ilə Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir:

“Ət dırnaqdan ayrılmaz. Ayımız, ilimiz, bayramımız birdir. Ona görə də bu məsələdə diqqətli olmalı, oyuna, tələyə düşməməliyik”.

Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi 21 martda açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin humanitar yük aparan maşınlar geri qayıdana kimi - martın 31-dək açıq olacağı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri