Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib.
APA-nın xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Tak Vaan Kostanyan bununla bağlı türkiyəli həmkarlarına təşəkkür edib.
Qeyd edilib ki, humanitar yüklü 4 maşın bu gün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsindən keçib.
Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılıb. Bildirilib ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.
Baxış sayı:149
Bu xəbər 21 Mart 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















