“Bu kəndlər Ermənistan ərazisi deyil”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb.
Onun sözlərinə görə, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı Bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Həmin sənədə əsasən, SSRİ-nin süqutu zamanı keçmiş ittifaq respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi tanınır.
Ermənistan Baş naziri mövcud xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















