Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşacağına inanır
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına inanır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, İrəvan diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına ümid edir ki, bu da regional sabitlik və təhlükəsizliyə növbəti töhfə olacaq.
O qeyd edib ki, Ermənistan tərəfi əməli addımlar atmağa davam edəcək, o cümlədən iki ölkə arasında körpünün tikintisi ilə bağlı texniki tələbləri (böyük ehtimalla söhbət Ani körpüsünün tikintisindən gedir - red.) birgə qiymətləndirəcək. O, əmindir ki, razılaşmaların icrası regiona müsbət təsir göstərəcək.
Yada salaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr (Ruben Rubinyan və Serdar Kılıç) təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılıq əldə olundu, lakin bu məsələlər hələ də həllini tapmayıb.
Bu ilin iyulunda dəmir yolu sərhəd keçidinin bərpası imkanlarını da müzakirə ediblər.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















