Ermənistan Türkiyə sərhədi nə vaxt açılacaq? Kılıç DANIŞDI KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur.”
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.
Erməni tərəfi ilə növbəti danışıqların tarixinə toxunan Kılıç Ankaranın prosesi inkişaf etdirmək istədiyini və İrəvanla təmasda olduğunu vurğulayıb. Lakin hazırda danışıqlar üçün konkret tarix təyin edilmədiyini açıqlayıb.
Həmçinin aprelin 12-də Antalyada Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri – Ararat Mirzoyan, Ceyhun Bayramov və Maka Boçorişvilinin iştirakı ilə Cənubi Qafqaz üzrə üçtərəfli panel müzakirəsi keçiriləcəyini bildirib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















