Icma.az
close
up
RU
Hulusi Kılıç: Türkiyə Ermənistan sərhədi ilə bağlı manipulyasiyalar uğursuz olacaq

Hulusi Kılıç: Türkiyə Ermənistan sərhədi ilə bağlı manipulyasiyalar uğursuz olacaq

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədində nəzarət-keçid məntəqələrinin açılması ilə bağlı yalan xəbərlərin arxasında Türkiyə ilə Azərbaycan arasındakı birlikdən və sıx əməkdaşlıqdan narahat olan dairələr dayanır.
“Müəyyən media-strukturlarının guya Ankaranın Bakıya xəbər vermədən Ermənistanla sərhədi açması ilə bağlı yalan məlumatları Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək məqsədi daşıyır”, - deyən keçmiş səfir vurğulayıb ki, Türkiyə hakimiyyəti İrəvanla bağlı atılacaq hər hansı addımı Azərbaycanla sıx əlaqələndirir və bu məsələni müzakirə edir.
Hulusi Kılıç Türkiyə dövlət orqanlarının Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb. “Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi yalnız Azərbaycanla Ermənistan arasında sülh əldə edildikdən sonra bir nəticə verə bilər. Türkiyənin hakim orqanları bunu dəfələrlə bəyan edib”, - deyə H.Kılıç qeyd edib.
O, həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) Suriyaya humanitar yardımın çatdırılması üçün Əlican (Marqara) nəzarət-keçid məntəqəsinin müvəqqəti açılması ilə bağlı məlumatın mətninə istinad edib. “DMM-in məlumatına görə, fevralın 24-də Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu Ermənistan hakimiyyətinin Suriyaya humanitar yardım göndərmək istəyi barədə məlumatlandırıb. Fevral 26-da isə Ankarada olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrəvanın təşəbbüsü haqqında məlumatlandırılıb. Bütün bunlar Ankara ilə Bakı arasında fəaliyyətin koordinasiyasını bir daha təsdiqləyir”, - deyə “İMZA” İctimai Birliyinin nümayəndəsi qeyd edib.
H.Kılıç əmin olduğunu bildirib ki, heç kim iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmağa qadir deyil. “Təklif edirəm ki, Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsinin mətni ilə bir daha tanış olsunlar”, - deyən Türkiyənin keçmiş səfiri fikirlərini yekunlaşdırıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Mart 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see217

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see175

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see161

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri