Icma.az
close
up
RU
Ermənistan üçtərəfli formatlarda fəaliyyətini dondurub Zaxarova

Ermənistan üçtərəfli formatlarda fəaliyyətini dondurub Zaxarova

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr üçtərəfli bəyanatının əhəmiyyətini yenidən qiymətləndirmək çətindir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 4 il bundan qabaq Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, müharibəni dayandırmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli səy göstərib.

Zaxarova xatırladıb ki, məlum üçtərəfli razılaşmadan iki ay sonra 2021-ci ilin yanvarında Rusiya Prezidentinin təklifi ilə Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə sammit keçirilib: “Bu sammitdə sülh prosesinə start verilib. Eləcə də, Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinlərinin həmsədrlik etdikləri işçi qrup yaradılıb. Daha sonra 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında bütün üçtərəfli razılaşmalar kompleksi formalaşdırılıb. Ermənistan-Azərbaycan normallaşmasının əsas istiqamətləri müəyyənləşib. Bura sülh sazişinin işlənib hazırlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında təmasların qurulması aiddir. Belə üçtərəfli əsasda fəal iş gedən zaman bir sıra geniş dairəli məsələlərlə bağlı real ciddi nəticələrə nail olunub. Misal üçün, 2023-cü ilin iyununda üçtərəfli işçi qrup çərçivəsində regionda nəqliyyat marşrutlarının qurulması ilə bağlı razılıq əldə olunmağa yaxınlaşılıb. Lakin qərbin təzyiqi ilə İrəvan üçtərəfli işçi qrupda öz fəaliyyətini dondurub. Daha sonra isə Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Gəlin açıq olaq. Etiraf edək ki, vasitəçilik rolunu oynamağa çalışan ABŞ və Avropa İttifaqı özləri heç nə fikirləşə bilməyiblər. Onlar ancaq bizim işləyib hazırladıqlarımızı “copy” ediblər. Bununla belə, onlar sülh prosesini ələ keçirmək ümidi ilə onların məğzini pozublar. Onların əsl məqsədi bəllidir: Onlar regionu nəzarət altına almaq, ora daxil olmaq, Rusiyanı oradan çıxarmaq istəyirlər. Həm də İranı, Türkiyəni bu regiondan çıxarmaq, növbəti gərginlik ocağı yaratmaq istəyirlər. Cənubi Qafqazın taleyi, oradakı insanların taleləri onları tamamilə maraqlandırmır. Onların öz ambisiyaları var. Biz qərblilərdən fərqli olaraq təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazda maraqlıyıq. Biz oradayıq (Cənubi Qafqazda-red). Orada bizim təbii, tarixi, iqtisadi, humanitar və digər müxtəlif maraqlarımız var. Biz bu regionu inkişaf etdirməyə hazırıq. Ona görə ki, bu, bizim marağımızdadır. Bu, sabitliyin və təhlükəsizliyin zəmanətidir. Rusiya tərəfi ermənistanlı və azərbaycanlı tərəfdaşlarına üçtərəfli razılaşmalar əsasında regionda dayanıqlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”, – deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri