Icma.az
close
up
RU
Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub Rusiya XİN AzPolitika onlayn siyasiictimai qəzet

Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub Rusiya XİN AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr üçtərəfli bəyanatının əhəmiyyətini yenidən qiymətləndirmək çətindir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 4 il bundan qabaq Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, müharibəni dayandırmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli səy göstərib.

Zaxarova xatırladıb ki, məlum üçtərəfli razılaşmadan iki ay sonra 2021-ci ilin yanvarında Rusiya Prezidentinin təklifi ilə Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə sammit keçirilib: “Bu sammitdə sülh prosesinə start verilib. Eləcə də, Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinlərinin həmsədrlik etdikləri işçi qrup yaradılıb. Daha sonra 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında bütün üçtərəfli razılaşmalar kompleksi formalaşdırılıb. Ermənistan-Azərbaycan normallaşmasının əsas istiqamətləri müəyyənləşib. Bura sülh sazişinin işlənib hazırlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında təmasların qurulması aiddir. Belə üçtərəfli əsasda fəal iş gedən zaman bir sıra geniş dairəli məsələlərlə bağlı real ciddi nəticələrə nail olunub. 

Misal üçün, 2023-cü ilin iyununda üçtərəfli işçi qrup çərçivəsində regionda nəqliyyat marşrutlarının qurulması ilə bağlı razılıq əldə olunmağa yaxınlaşılıb. 

Lakin qərbin təzyiqi ilə İrəvan üçtərəfli işçi qrupda öz fəaliyyətini dondurub. Daha sonra isə Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Gəlin açıq olaq. Etiraf edək ki, vasitəçilik rolunu oynamağa çalışan ABŞ və Avropa İttifaqı özləri heç nə fikirləşə bilməyiblər. Onlar ancaq bizim işləyib hazırladıqlarımızı “copy” ediblər. Bununla belə, onlar sülh prosesini ələ keçirmək ümidi ilə onların məğzini pozublar. Onların əsl məqsədi bəllidir: Onlar regionu nəzarət altına almaq, ora daxil olmaq, Rusiyanı oradan çıxarmaq istəyirlər. Həm də İranı, Türkiyəni bu regiondan çıxarmaq, növbəti gərginlik ocağı yaratmaq istəyirlər. Cənubi Qafqazın taleyi, oradakı insanların taleləri onları tamamilə maraqlandırmır. Onların öz ambisiyaları var. Biz qərblilərdən fərqli olaraq təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazda maraqlıyıq. Biz oradayıq (Cənubi Qafqazda-red). Orada bizim təbii, tarixi, iqtisadi, humanitar və digər müxtəlif maraqlarımız var. Biz bu regionu inkişaf etdirməyə hazırıq. Ona görə ki, bu, bizim marağımızdadır. Bu, sabitliyin və təhlükəsizliyin zəmanətidir. Rusiya tərəfi ermənistanlı və azərbaycanlı tərəfdaşlarına üçtərəfli razılaşmalar əsasında regionda dayanıqlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”, - deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri