Icma.az
close
up
RU
Ermənistan üçün çətin qərar Fevral ayına qədər cavab gəlməsə...

Ermənistan üçün çətin qərar Fevral ayına qədər cavab gəlməsə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyanın Bakının narazılığını nəzərə alaraq Aİ missiyasının sərhəddən çəkilməsi ilə bağlı qərar verəcəyi haqqında iddialar var. Lakin hələlik bununla bağlı rəsmi açıqlama olmayıb. Belə ki, məlumata görə, İrəvan Qərb və Bakı arasında ortaq nöqtə tapmaq istəyir.

İrəvan hansı yolu izləyəcək? Sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar fonunda Ermənistan Aİ missiyasının fevral ayında müddətinin uzadılması tələbini irəli sürə bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Aİ və digər xarici ölkələrin missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi rəsmi Bakının qırmızı xəttidir:

“Sülh müqaviləsinin əsas predmeti olan məsələlər sırasına daxil olduğu üçün diqqətdə saxlanılır. Aİ missiyası adı altında bir çox kənar ölkələrin, o cümlədən Kanadanın əraziyə yerləşdirilməsi onun Avro-Atlantik Alyansın missiyası olduğunu sübuta yetirdi. Azərbaycanla razılaşma əsasında 40 nəfərdən ibarət heyətin qısa müddət ərzində əraziyə yerləşdiriləcəyinə qərar verildi. Daha sonra müddət uzadılanda Azərbaycanla məsləhətləşmələr aparılmadı. Artıq missiyanın fəaliyyət konteksti dəyişir”.

Elçin Mirzəbəyli

Deputatın sözlərinə görə, tərəflər arasında aparılan sülh danışıqlarına töhfə vermək adı altında fəaliyyət göstərən missiyanın əsas məqsədi prosesə maneə yaratmaqdır:

“Sözügedən missiyalar Ermənistanın, xarici qüvvələrin çətiri altında öz revanşist siyasətini həyata keçirməyə çalışırlar. Prezident İlham Əliyev tərəfindən sülh müqaviləsinin əsas prioritet məsələsinin gündəmə gətirilməsi təsadüfi deyil. Yalnız hazırkı missiya ilə bağlı deyil, gələcəkdə Ermənistana bağlı ayrı-ayrı qüvvələrin sərhədə müdaxiləsindən və bunun regiondakı balansı dəyişəcəyindən söhbət gedir. Bu yol verilməz haldır. Məlum olduğu kimi fevral ayında missiyanın fəaliyyəti bitir. Ermənistanın bu müddəti uzatmaq istədiyi ilə bağlı hələ dəqiq məlumaltlar yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri