Icma.az
close
up
RU
Ermənistan üçün daha çətin dövr başlayır

Ermənistan üçün daha çətin dövr başlayır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail və İran arasında qızışan müharibə artıq təkcə bu iki ölkə arasındakı qarşıdurma deyil. 

Bu savaş bölgənin strateji çəkidəki bütün güc oyunçularını, onların ittifaqlarını və logistik marşrutlarını yenidən dizayn edən katalizatora çevrilib. 

Müharibənin nəticəsi nə olursa-olsun, o, Cənubi Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər siyasi və iqtisadi prosesləri kökündən dəyişəcək. Bu dəyişikliklərin mərkəzində isə bir neçə kilometrlik bir yol durur – Zəngəzur dəhlizi. Bu layihə uzun müddət siyasi “tormozlanma”lara məruz qalsa da, artıq qlobal miqyasda ehtiyac duyulan regional bağlantının və iqtisadi inteqrasiyanın ayrılmaz parçası kimi qəbul olunur. 

İranın bu dəhlizə qarşı göstərdiyi müqavimət isə həm onun regional ambisiyalarının, həm də daxili siyasi prioritetlərinin əksi idi. Lakin İsrailin son aylarda İrana qarşı cərrahi dəqiqlikdəki zərbələr bu müqavimətin kökündən sarsıldığını göstərir. İran təkcə hərbi, diplomatik deyil, həm də geosiyasi cəhətdən geri çəkilməyə məcbur edilir. 

Bu vəziyyət Zəngəzur dəhlizi üçün yeni imkan açır. Artıq Tehran üçün bu dəhlizin "qırmızı cizgi" statusunu qorumaq nə real, nə də dayanıqlı görünür. Üstəlik, Ermənistanın özü belə bu layihənin geosiyasi əhəmiyyətini və iqtisadi məntiqini anlamağa başlayır. 

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli "Cümhuriyyət”-ə açıqlamasında bildirib ki, rəsmi Bakı Zəngəzur məsələsini daim gündəmdə saxlayıb və regiondakı bütün güclərə bu istiqamətdə əsaslı mesajlar verib. Onun sözlərinə görə, indiki vəziyyətdə, yəni İranda baş verən proseslər fonunda Zəngəzur dəhlizinin yenidən gündəmə gətirilməsi və bunu İran–İsrail münaqişəsindən kənar saxlamaq ehtimalı olduqca azdır: 

"Məhz bu kontekstdə Zəngəzur məsələsinin önə çəkilməsi bu gün ciddi təhlükələr vəd edir. Ən azı ona görə ki, İranda bölgə üzrə kifayət qədər ikitərəfli və çoxtərəfli proksi qüvvələr mövcuddur . 

Onlar münaqişənin miqyasının böyüməsində, yeni aktorların prosesə cəlb olunmasındamaraqlıdırlar. Azərbaycan üçün əsas təhdid ondan ibarətdir ki, Zəngəzur dəhlizini indiki anda açıq şəkildə ritorikasına daxil etsə, avtomatik olaraq hədəf nöqtələrindən birinə çevrilə bilər. Narahatlıq doğuran, dezavantajlı istəklər də məhz bu yöndədir".

Ekspert hesab edir ki, sonrakı mərhələlərdə müxtəlif ssenarilər inkişaf etməlidir.

"Bu ssenarilərdən biri də İranın gələcəyinə və oradakı mümkün dəyişikliklərə aiddir. Əgər bu dəyişikliklər baş verərsə, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi daha aydın, daha sistemli və daha qəti şəkildə təkrarlanacaq. Yəni Azərbaycan bu məsələdə geri addım atmır və atmayacaq da. Tehran rejiminin təsir gücünün zəifləməsi isə Ermənistandan Zəngəzur məsələsinə münasibətdə yumşalmanı da gündəmə gətirir. İndi sual yaranır: 

Paşinyan hakimiyyəti bu məqamdan istifadə edib Ermənistanı regional və qlobal nəqliyyat şəbəkələrinə bağlamağa çalışacaqmı, yoxsa bu fürsəti də geosiyasi manevrlərlə itirəcək? Ermənistan–İran müttəfiqliyi yüksək səviyyədədir. Amma bu yaxınlaşma daha çox Ermənistan daxilindəki qərarverici qüvvələrin, xüsusən də diaspor və lobbi qruplarının təsiri ilə baş verir. 

Eyni zamanda, bu əməkdaşlıq İranın bölgəyə dair baxışındakı geosiyasi yanlışlıqlardan da qaynaqlanır. Hazırkı vəziyyətdə Ermənistanın ikili mövqe sərgilədiyini görürük. Bir tərəfdən, Ermənistan ritorikasında yumşalma var. Digər tərəfdən isə bölgədə İranın gələcəyinə dair hansı ssenarilərin reallaşacağı hələlik bəlli deyil. İran və Ermənistan bu baxımdan qeyri-müəyyənlik içindədirlər. 

Məsələn, PKK və digər kürd terror təşkilatlarının davranışlarına baxdıqda görmək olar ki, onlara sanki "Kürdüstan" sözü verilib və İranın parçalanacağı bir ssenaridə aktiv rol oynadıqları üçün açıq şəkildə hərəkətə keçiblər. Lakin eyni vəziyyəti Ermənistan üçün demək çətindir. 

Təbii ki, Ermənistan bu coğrafiyada yerli dəstək almamış olsaydı, çoxdan öz mövqeyini dəyişmişdi. Bu prizma ilə yanaşdıqda, bölgədə hadisələrin inkişafı Ermənistanın da mövqeyində dəyişiklikləri qaçılmaz edəcək." 

Səbinə Uğur
"Cebheinfo.az" 

Açar sözlər: Ermənistan İsrail İran müharibə Əziz Əlibəyli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri