Icma.az
close
up
RU
Ermənistan və ABŞ ın birgə hərbi təlimi hansı mesajı verir? RƏY

Ermənistan və ABŞ ın birgə hərbi təlimi hansı mesajı verir? RƏY

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Avqustun 12-dən 20-dək Ermənistan ərazisində ABŞ və Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə “Qartal tərəfdaşı 2025” adlı birgə hərbi təlim keçiriləcək.

Bu, tərəflər arasında son illərdə baş verən yaxınlaşmanın daha bir hərbi-siyasi nümayişi kimi dəyərləndirilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Ermənistan ordusunun sülhməramlı əməliyyatlarda iştirak qabiliyyətini artırmaq, həmçinin ABŞ və NATO standartlarına uyğun hazırlıq səviyyəsini yüksəltməkdir. Təlimdə əsasən erməni sülhməramlı bölmələri ilə ABŞ hərbçiləri arasında qarşılıqlı koordinasiya, mülki əhalinin müdafiəsi və taktiki hazırlıq ssenariləri məşq olunacaq.

Təlimlərin keçirilməsi ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə ə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu hərbi təlimlər plana uyğun olaraq keçirilir və burada əsasən yaralıların daşınması imitasiyası və humanitar məsələlərlə bağlı, müharibə gedən ərazilərdə, yəni, humanitar məsələlərin həllinin necə aparılması, humanitar, eyni zamanda sülhməramlı hazırlıq məqsədi adı ilə keçirilir.

Müsahibimiz bildirdi ki, bu təlimlər nə qədər sülhməramlı hazırlıq məqsədi daşısa da, məlumdur ki, bunun özünün strateji mənası var. Bir neçə aspektdən yanaşsaq, sülhməramlı hazırlıq məqsədi ilə keçirilən təlim NATO standartlarına uyğun komanda idarəetmə sistemləri, evakuasiya, koordinasiyalı şəkildə işlər Ermənistan ordusunun struktur islahatları və yeni standartlara keçid planları ilə üst-üstə düşür.

“Təbii ki, Rusiya buna öz kontekstindən, prizmasından yanaşır. Yəni, başa düşülən odur ki, Ermənistan Qərblə əlaqələri daha da gücləndirmək istəyir. Və NATO ölkələri ilə ardıcıl təlimlərin keçirilməsi, məlum məsələdir ki, Rusiyaya xoş gələ bilməz. Elə 102 saylı hərbi bazanın, Rusiyanın ətrafında gedən son söhbətlərlə bərabər, paralel olaraq bu vaxt bunun keçirilməsi Moskvanın təbii ki, xoşuna gəlmir və sərt reaksiyasına səbəb ola bilər. Rusiya artıq dəfələrlə Qərb-Ermənistan hərbi yaxınlaşmasını təxribat kimi qiymətləndirir. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan bir dövlətə, eyni zamanda həmin qurumun özünə bir zərbə kimi qiymətləndirilir. Məlumdur ki, Amerika Birləşmiş Ştatları belə təlim keçirməklə həm də çalışır regionda aktivliyini artırsın. Yəni bu gün Kanzas Milli Qvardiyasının, eyni zamanda Avropa-Afrika briqadalarının bu təlimlərə qatılması, Cənubi Qafqazda rolunu artırmaq istədiyi açıq-aydın görünür. Burada da həm regional sabitlik, həm də enerji təhlükəsizliyi baxımından öz mövqeyini gücləndirməyə çalışır. Yəni məlumdur ki, bu təlimlər əgər Gümrüdə keçirilsə və yaxınlıqda 102 saylı hərbi bazanın yerləşdiyi yaxın ərazidə baş verərsə, bu birmənalı şəkildə Ermənistana qarşı Rusiyanın bir bəyanatı ilə nəticələnə bilər. Məlumdur ki, bu, Azərbaycan üçün elə bir ciddi problem yaratmır. Biz bu təlimlərin nədən ibarət olduğu barədə artıq qabaqlayıcı məlumatlarımız da var, koordinasiyalı şəkildə alınan məlumatlar, təhlillər burada nə baş verdiyini göstərə bilər. Buna görə də biz belə təlimlərin keçirilməsinə hazırıq və öz daxili və xarici siyasətimizə uyğun olaraq mütləq şəkildə bunu izləyəcəyik. Ermənistan təhlükəsizlik siyasətində bu addımları atmaqla sanki israrlı şəkildə Qərblə əlaqələrini yenidən qurmağa çalışır, Qərbə qarşı meyllənir. Rusiya-Ermənistan münasibətlərinin soyumasına və Rusiyanın nüfuzunun regionda azalmasına çalışır. Ermənistan-Avropa İttifaqı, Ermənistan-NATO əlaqələrində bu intensivləşdirmə müşahidə olunur və bu da təbii ki, onun partnyorlarına, əsasən də Rusiyaya xoş gəlmir. Bu təlimlərin keçirilməsində Türkiyə də ciddi şəkildə təhlillər aparır. Birmənalı şəkildə seçkiöncəsi platformalarında Paşinyan hakimiyyəti çalışır ki, Qərbə meylliliyini daha da dərindən və israrla göstərsin”,- deyə A.Nağıyev vurğuladı.

“Qartal tərəfdaşı 2025” təlimi Ermənistan üçün həm hərbi hazırlıq, həm də siyasi mesaj xarakteri daşıyır. ABŞ isə bu yolla Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışır. Təlimin nəticələri təkcə Ermənistan-Rusiya münasibətlərində deyil, ümumilikdə regionun təhlükəsizlik arxitekturasında da yeni cizgilər formalaşdıra bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri