Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ermənistan və NATO əməkdaşlıq məsələlərini, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər.
"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan Prezidenti Vaqn Xaçaturyan ölkəyə səfər edən NATO-da akkreditə olunmuş səfirləri qəbul edib.
"Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığı gündəliyinin əsas məsələləri müzakirə edilib, əməkdaşlığın inkişafının və proqramların davamlılığının əhəmiyyəti vurğulanıb", - məlumatda bildirilib.
Bundan əlavə, regiondakı vəziyyət, sabit və davamlı sülhün qurulması istiqamətində atılan addımlar müzakirə edilib.

Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib
11 Sentyabr 2025 16:38
“Ermənistan Cənubi Qafqazda mühüm rol oynayır”
22 May 2025 16:08
Ermənistan ABŞ Xartiyası və ağbaşlı qartal Cənubi Qafqazda
16 Yanvar 2025 21:26
“Ermənistan Cənubi Qafqazda davamlı sülhün inkişaf etdirilməsində maraqlıdır”
14 May 2025 16:10
Cənubi Qafqazda yeni savaş təhlükəsi Ermənistan odla oynayır
23 Dekabr 2024 15:52

