Ermənistan NATO yaxınlaşması: Cənubi Qafqazda yeni hərbi konfiqurasiya formalaşır?
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistanın NATO ilə çərçivə sazişi imzalaması üç Cənubi Qafqaz ölkəsinin Alyansın birgə təlimlərində iştirakına yol aça bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistanla NATO arasında 2026-cı ildə imzalanması gözlənilən yeni çərçivə sazişinin regionda yarada biləcəyi dəyişiklikləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Azərbaycan artıq uzun müddətdir NATO ilə sıx əməkdaşlıq edir:
"Ermənistanın da bu sistemə daxil olması üç Cənubi Qafqaz ölkəsinin NATO-nun müəyyən birgə təlimlərində iştirak etməsinə gətirib çıxara bilər. İndiyədək isə bu istiqamətdə ortaq format mövcud olmayıb".
Üzeyir Cəfərov bildirib ki, NATO-Ermənistan münasibətləri 2026-cı ildən etibarən yeni mərhələyə qədəm qoyacaq və daha intensiv xarakter alacaq:
"Bu barədə NATO baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri ilə görüş zamanı açıqlama verib. İrəvan özü də NATO ilə əməkdaşlıqda maraqlıdır və Alyansdan müəyyən dəstəklər gözləyir, eyni zamanda birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edir".

Ekspertin fikrincə, NATO-nun hazırda Cənubi Qafqazda Ermənistana daha çox diqqət ayırması regionun üç dövləti arasında məhz bu ölkənin Alyansla ən zəif əlaqələrə malik olması ilə bağlıdır:
"Bunun əsas səbəbi Ermənistanın uzun müddət Rusiyanın vassalı rolunda çıxış etməsi idi. Lakin Qarabağ müharibəsindən sonra İrəvan anladı ki, üzv olduqları KTMT və Rusiya ilə hərbi-siyasi əməkdaşlıq real təhlükəsizliyi təmin etmir. NATO isə Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaq üçün müəyyən layihələr üzərində işləyir və bu istiqamətdə İrəvana dəstək verir".
Üzeyir Cəfərov qeyd edib ki, Rusiyanın Ermənistandakı hərbi bazası bu proseslərin qarşısını almaq gücündə deyil:
"NATO ilə imzalanacaq yeni çərçivə sənədi əsasında Ermənistan silahlı qüvvələri Alyansın müxtəlif tədbirlərində daha aktiv iştirak edəcək, NATO kurslarında bilik və bacarıqlarını artıracaq. Bu sənəd eyni zamanda NATO-nun Ermənistana maliyyə dəstəyi göstərməsi üçün hüquqi baza yaradacaq. Başqa sözlə, Ermənistan NATO tədbirlərinin fəal iştirakçısına çevriləcək. Həmçinin Alyans Ermənistan silahlı qüvvələri ilə bağlı müəyyən öhdəliklər götürəcək ki, bu da təbii olaraq Rusiya tərəfindən müsbət qarşılanmayacaq".
Qeyd edək ki, NATO-nun Ermənistanla münasibətləri yeni mərhələyə keçmək üzrədir. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra Alyansın baş katibinin müavini Radmila Şekerinska açıqlama verib. Şekerinskanın sözlərinə görə, NATO Ermənistanda həyata keçirilən islahatları dəstəkləməyə hazırdır və tərəflər gələn il əməkdaşlığa dair yeni çərçivə sənədinin razılaşdırılmasına ümid edirlər. Onun sözlərinə görə, sənəd NATO–Ermənistan tərəfdaşlığının əsas istiqamətlərini və gələcək prioritetlərini müəyyən edəcək.
Onu da xatırladaq ki, hazırda Ermənistanda Rusiya hərbi bazası fəaliyyətini davam etdirir.
Rüfət Sultan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















