Ermənistan XİN: 3+3 formatında nazirlərin görüşünü qəbul etməyə hazırıq
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu təsdiqləyir.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib", - XİN-dən bildirilib.
Xarici siyasət idarəsindən həmçinin əlavə edilib ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyət vaxtında məlumatlandırılacaq.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə "3+3" formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















