Ermənistan XİN: “3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.
Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasının nəticələrinə əsasən, tərəflər növbəti görüşün tarix və yerinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Bu, qarşılıqlı anlayışa əsaslanır ki, növbəti iki iclas İrəvan və Bakı şəhərlərində keçirilməlidir.
Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirib ki, Moskva növbəti iclasın təşkili ilə bağlı Yerevan və Bakı arasında operativ razılaşmanın əldə olunacağına ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















