Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur.
“Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib.
“Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və davamlı sülhün əldə olunmasına yönəlib”, - o qeyd edib.
P.Hovhannisyan bildirib ki, bu prosesi dəstəkləmək üçün bütün tərəfdaşlarla iş davam edir.
“Əlbəttə, biz nəticə əldə edəcəyimizə inanmalıyıq”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















