Icma.az
close
up
RU
Ermənistan yekun sülh üçün plan təqdim etməlidir ŞƏRH

Ermənistan yekun sülh üçün plan təqdim etməlidir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İrəvan Aİ missiyasını dayandırmalı, sərhəddə manevrdən imtina etməlidir


Aqşin Kərimov: “Ermənistan Rusiya bazasını çıxarsa, Bakı ilə münasibətlər möhkəmlənəcək”


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh prosesi ilə bağlı açıqlamalar verib. XİN başçısı bildirib ki, bəziləri hökuməti ittiham edir ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, amma çoxlu problemlər var, ona görə də bu sülhü yaxşı saymırlar. Mirzoyan həmin qüvvələrə cavab olaraq deyib ki, tərəflər hələ yolun başlanğıcındadır: "Sülh uzun prosesdir, sülh qayğı və diqqət, deyilən hər bir söz baxımından ehtiyatlılıq tələb edir.

İki xalq arasında qanlı tarixin olduğunu da inkar edə bilmərik". Onun sözlərinə görə, sülh heç vaxt dost ölkələr arasında deyil, yalnız əvvəllər münaqişəsi olan ölkələr arasında bərqərar olur. Mirzoyan qeyd edib, yaxın vaxtlarda sülh müqaviləsi imzalansa belə, hər şeyin bitdiyini demək çətin olacaq: "Çox sadə dillə deyim: hələ ki, tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra doğru gedir, qaynar münaqişə riski minimaldır, amma hələ də bir çox problemlər qalmaqdadır". 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da bildirib ki, hakimiyyət tərəfindən irəli sürülən konstitusiya dəyişiklikləri Azərbaycanın Ermənistana qarşı tələbləri ilə bağlı deyil. Xaçaturyan xatırladıb ki, Ermənistan hökuməti 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyanı dəyişməyi planlaşdırıb:

"Ümumiyyətlə, hakimiyyətin arzuları hələ o vaxtdan, bütün bu hadisələrdən əvvəl konstitusiyanı dəyişmək idi, yəni 2018-ci ildən sonra hakimiyyətə gələnlərdən söhbət gedir, məsələ məhz bundan dərhal sonra başlanmışdı və hətta komissiya yaradılmışdı, hökumət işləməyə, müzakirə etməyə başlamışdı. Bu, sülh müqaviləsi ilə bağlı deyil, onsuz da bizə konstitusiyanı dəyişmək lazım idi. Əslində, bu konstitusiya bir nəfər üçün – baş nazir üçün yaradılmışdı". Onun sözlərinə görə, bu, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə və sonrakı hadisələrlə əlaqədar olmayıb. 


Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Ermənistan hərtərəfli yekun sülhə nail olmaq üçün üzərinə götürəcəyi mərhələli öhdəliklərlə bağlı Azərbaycana plan təqdim etməlidir. Ekspertə görə, bu, planın vaxt qrafikinin olması şərtdir: 


"Bu həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi Ermənistana təqdim edə bilər. Bu, ehtimalla Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü təşəbbüs və şərtlərin bir hissəsinin icrası halında mümkünləşəcək. Digər tərəfdən, Ermənistan Konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarını sonlandırmalıdır. Geosiyasi cəhətdən isə Ermənistan ona havadar olan qüvvələrin Azərbaycana qarşı müqavimət cəhdlərinə qarşı mövqelənməlidir".


Analitikə görə, bununla yanaşı, İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan sərhədlərini monitorinqini dayandırmağa nail olmalı, bundan sonra Azərbaycanın hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr etməməlidir: 

"Bu, regionda Azərbaycan, onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir. Bu, Ermənistan üzərindən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı qarşıdurma risklərini aradan qaldıra bilər. Başqa bir məsələ isə Ermənistanın ərazisində ümumiyyətlə xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır.  Bu xüsusda Ermənistan ümumiyyətlə xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir. Əlavə olaraq, Ermənistan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olsa, bu, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək. Hərçənd ki, Ermənistanın Rusiya bazasını çıxarması ilə əlaqədar performans göstərəcəyi çətin və mürəkkəbdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri