Icma.az
close
up
RU
Yekun sülh üçün əsas şərt Ermənistan konstitusiyası...

Yekun sülh üçün əsas şərt Ermənistan konstitusiyası...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə yekun sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığı deməyə əsas verir.

Azərbaycan və Ermənistan Minsk qrupunun de-yure buraxılması ilə bağlı ATƏT-in Baş katibinə müraciət etdi. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu de-fakto əhəmiyyətini itirmişdi, lakin Ermənistan bu amildən danışıqlar masasında əlini gücləndirmək üçün istifadə etməyə çalışır, eyni zamanda, regionda maraqlı tərəflər MQ-nin “de-yure mövcudluğundan” gələcəkdə rıçaq kimi istifadə etməyi düşünürdülər. Lakin Azərbaycan de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılmasını tələb edirdi. Nəhayət, Vaşinqton görüşündə ATƏT-ə bununla bağlı müraciət edildi.

Sülh sazişinin imzalanmasında əsas həll edilməli məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin irəli sürdüyü bu tələb Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr razılaşmasında yer alırdı, lakin rəsmi İrəvan müharibədən sonra müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa çalışıb. Rusiyanın dəhlizdə mövcudluğunu qəbul etməyən Qərb ölkələri də bu məsələdə Ermənistana dəstək verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycanın tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin əldə edilməsi mövqeyində prinsipiallıq nümayiş etdirdi və Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

– Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin edən yol Ermənistan tərəfindən 99 illik müddətində Amerika şirkətinə icarəyə verildi;

– Yolda təhlükəsizliyi və gediş-gəlişi özəl şirkət təmin edəcək;

– Azərbaycandan daşınan yüklər və gedən sərnişinlər heç bir erməni hərbçisi ilə təmasda olmadan, rahat şəkildə Naxçıvana çatacaq;

Beləliklə, sülh sazişi paraflandı, Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi və Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. İndi yekun sülh sazişinin imzalanması önündə yeganə maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsidir.

Birgə Bəyannamədə Ermənistan konstitusiyasının dəyişdirilməsi konkret qeyd olunmasa da, fərqli formada öz əksini tapır. Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq. Bəyannaməyə imza atan Ermənistan bununla bağlı üzərinə öhdəlik götürür.

Əks təqdirdə, yekun sülh sazişinin imzalanması mümkün deyil. Çünki 1995-ci ildə qəbul edilən Ermənistan kontitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən müstəqillik bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan müstəqillik bəyannaməsi isə Qarabağın Ermənistana “birləşməsini” – qondarma “miatsum” qərarının yerinə yetirilməsini özündə əks etdirir. Ermənistanın mövcud konstitusiyası Qarabağın işğalını dövlət qarşısında “vəzifə” olaraq, müəyyənləşdirir. Paşinyan hakimiyyəti zaman-zaman mövcud konstitusiyanın sülh sazişinə mane olmadığını iddia etsə də, Azərbaycana qarşı ərazi iddiasının Ermənistanın ana qanununda yer aldığı müddətdə, müqaviləni imzalamaq regiona davamlı sülhü gətirməyəcək.

Həmçinin oxuyun:

Vaşinqtondan İrəvana mesaj: Sülh razılaşmasında vacib detal

Birincisi, mövcud hakimiyyətin gələcəkdə konstitusiyanı əsas götürərək, Azərbaycana qarşı ərazi iddiasını yenidən irəli sürməyəcəyinə heç kim zəmanət vermir;

İkincisi, Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən sonra yeni qüvvələrin yenə konstitusiyaya istinadən Qarabağa iddia etməyəcəyinə heç kim zəmanət verə bilməz;

Bu baxımdan, Azərbaycanın yekun sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi bu ölkənin daxili işlərinə qarışmaq yox, bölgədə davamlı sülhün əldə edilməsi məqsədi daşıyır.

Vaşinqtonda konstitusiyanın dəyişdirilməsi öhdəliyini götürən Ermənistanın yekun sülh sazişi üçün yeganə yolu Azərbaycanın bu tələbini icra etməkdir. Əks təqdirdə, rəsmi İrəvan eyni anda iki yalnışa yol verəcək.

1. Yekun sülh sazişinin imzalanmasını bloklayacaq, eləcə də indiyə qədər sülhlə bağlı əldə olunan bütün razılaşmaları sıfırlayacaq;

2. ABŞ-a, şəxsən Prezident Donald Trampa hörmətsizlik edəcək, çünki Birgə Bəyannamədə Vaşinqtonda imzalanıb.

Prezident İlham Əliyev də Vaşinqton səfərinin yekunlarına dair mediaya verdiyi müsahibədə bu məsələyə toxunub.

“Paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, – Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, – Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”, – dövlət başçısı vurğulayıb.

İndi top Ermənistandadır. Rəsmi İrəvan konstitusiya dəyişikliyini nə qədər tez həyata keçirsə, yekun sülh sazişi də bir o qədər tez imzalanacaq və regiona nəhayət, davamlı sülh gələcək. Bu, təkcə Cənubi Qafqazı uzun illər inkişafdan geri qoyan problemin tamamilə aradan qaldırılması yox, həm də Ermənistanın inkişafı, gələcək mövcudluğu üçün vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan nə qədər tez addımlar atsa, öz xeyrinə olacaq. Əks təqdirdə, ilk itirən Ermənistanın özü olacaq.

Asif Nərimanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri