Icma.az
close
up
RU
Ermənistan yeni silahlarını NÜMAYİŞ etdirəcək Nə BAŞ VERİR?

Ermənistan yeni silahlarını NÜMAYİŞ etdirəcək Nə BAŞ VERİR?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni silahları nümayiş etdirmək niyyətindədir.

Turkustan.az bildirir ki, bu barədə yerli media yazıb.

“İki-üç ay əvvəl elan etmişdim: aldığımız silahları görmək istəyən vətəndaşları aparıb onlara hər şeyi göstərəcəyəm. Artıq bir neçə qrup dəvət olunub və nümayiş etdirilib, lakin vətəndaşların sayı o qədər də çox deyil. Biz belə bir nəticəyə gəldik ki, bunu hamıya, ictimaiyyətə göstərmək lazımdır”, - deyə Paşinyan bildirib. Lakin bunu o, “sülh kontekstində” edəcəyini söyləyib: “Çünki Ermənistanın qonşuları ilə heç bir gərginliyi yoxdur. Ümid edirəm ki, qonşularımız bunu təcavüz aktı kimi qəbul etməyəcəklər”.

Baş nazir əsasən 2022-ci ildən bəri əldə edilən silahları nümayiş etdirmək niyyətində olduğunu söyləyib. Ötən ilin noyabrında o, yeni silah nümunələrini 50 nəfərə qədər vətəndaşdan ibarət qruplara nümayiş etdirmək mümkünlüyünü açıqlamışdı. Söhbət hansı silahlardan gedir? Niyə indi? Bu, seçki təbliğatının bir hissəsidir, yoxsa?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a qeyd edib ki, Paşinyan müxalifəti susdurmağa çalışır.

“Seçkilər yaxınlaşdıqca, müxalifətin hökumətə təzyiqləri artacaq. Əsas təzyiq alətlərindən biri də odur ki, Ermənistan ordusu zəifdir, Paşinyan kifayət qədər silah sursat almayıb. Paşinyan da bunun əksini həm müxalifətə, həm də cəmiyyətə sübut etməyə çalışır ki, Azərbaycanla müharibədən sonra kifayət qədər silahlar alınıb, ölkənin ordusuna xeyli maliyyə ayrılıb. İndi bunu nümayiş etdirməyə çalışır və hərbi parad barədə fikirləşir”,_ ekspert belə deyib.

Onun fikrincə, Paşinyan əvvəlcədən deyir ki, bu parad Azərbaycana qarşı deyil: “Yəni ölkəmizin adını çəkmir. Sanki Azərbaycana mesaj verir ki, müxalifətə və cəmiyyətə nümayişdir. Paradda nümayiş etdiriləcək silahlara gəldikdə isə Rusiyadan qalan köhnə silahlar göstəriləcək. Əsasən Fransa və Hindistandan alınan yeni silahlar nümayiş etdiriləcək”. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Mart 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri