Icma.az
close
up
RU
Rusiya ən yeni silahlarını Bakıda nümayiş etdirəcək

Rusiya ən yeni silahlarını Bakıda nümayiş etdirəcək

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Rostex" dövlət korporasiyasına daxil olan "Rosoboroneksport" şirkəti 30 sentyabr - 2 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2026) Xəzəryanı region ölkələri üçün mövcud təhdidləri nəzərə alaraq, Rusiyanın ən yeni hərbi texnika və silah nümunələrini nümayiş etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat xidmətindən məlumat verilib.

"Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, Rusiya ADEX sərgisinin daimi iştirakçılarındandır: "Biz Bakıda uzunmüddətli mehriban qonşuluq münasibətlərimiz olan Xəzəryanı ölkələrin üzləşdiyi təhdid və çağırışlara uyğun olaraq diqqətlə seçilmiş ən müasir müdafiə məhsullarını göstəririk. 2026-cı ildə "Rosoboroneksport" böyük döyüş təcrübəsi toplamış ən aktual nümunələrin yer aldığı xüsusi ekspozisiya təşkil edəcək".

Şirkətdən əlavə edilib ki, nümayiş stendində ZALA tərəfindən hazırlanmış və istehsal olunmuş kəşfiyyat PUA-sı və kamikadze dronlarından ibarət "Lanset-E" kəşfiyyat-zərbə kompleksi, həmçinin "Rostex"in ən effektiv kəşfiyyat dronlarından biri - "S350M-E" təqdim ediləcək. "Kalaşnikov" konserninin stendində isə "Kub" ailəsinin tam ixrac xətti, "RUS-PE" daşınan kəşfiyyat-zərbə sistemi və "Skat-350M" kəşfiyyat PUA-sı yer alacaq.

Hava hücumundan müdafiə və PUA-lara qarşı mübarizə seqmentində "Rosoboroneksport" həm "Rostex"ə daxil olan müəssisələrin, həm də digər istehsalçıların yüksəksəmərəliliyini sübut etmiş texnologiyalarını sərgiləyəcək. Onların arasında "Vısokotoçnıye kompleksı" holdinqinin "Pantsir-S1M" zenit-raket top kompleksi, 2026-cı ilin yeniliyi olan "Tsitadel" zenit artilleriya kompleksi, hava məkanına nəzarət sisteminin tərkibindəki RLS və "Radeskan" (Antidron versiyası) antidron kompleksi var.

Quru qoşunlarının nümayəndələri üçün "Rosoboroneksport" tərəfdaşlarına "Rostex"ə daxil olan holdinqlərin məhsullarını: "İsgəndər-E" operativ-taktiki kompleksini, 2S40 "Floks" və 2S43 "Malva" özüyeriyən artilleriya qurğularını, həmçinin 2S41 "Drok" özüyeriyən minaatanını nümayiş etdirəcək.

Şirkətdən həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin nümayəndə heyətləri üçün "Rostex"in Birləşmiş Təyyarəqayırma Korporasiyası tərəfindən hazırlanmış, öz sinfində ən yaxşısı hesab edilən və real döyüş əməliyyatlarında yüksək səmərəliliyini sübut etmiş çoxməqsədli, yüksək manevr qabiliyyətinə malik "Su-35" qırıcısı və müasir aviasiya məhvetmə vasitələri təqdim olunacaq.

Sərginin işgüzar proqramı çərçivəsində "Rosoboroneksport" Rusiya hərbi sənaye məhsullarının məqsədyönlü təqdimatlarını keçirəcək. Həmçinin, Azərbaycanın və sərgidə iştirak edən digər ölkələrin sənaye və güc strukturlarının nümayəndələri ilə mövcud hərbi-texniki əməkdaşlıq və gələcək perspektivli layihələr müzakirə olunacaq.

Xatırladaq ki, daha əvvəl "Kalaşnikov" konserninin ADEX 2026 sərgisində ilk dəfə olaraq yeni modellərini təqdim edəcəyi bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri