Icma.az
close
up
RU
Ermənistan yenidən Moskvanın çətiri altına qayıdır? (ŞƏRH)

Ermənistan yenidən Moskvanın çətiri altına qayıdır? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rəsmi İrəvanın yürütdüyü bu siyasət heç bir halda yenidən onun Rusiyanın forpostu olmaq siyasətinə geri qayıdışı kimi dəyərləndirilməməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son zamanlar Nikol Paşinyan hökumətinin Rusiya ilə intensivləşən təmaslarının İrəvanın yenidən Moskvanın çətiri altına qayıtması anlamına gəlib-gəlmədiyini şərh edərkən deyib. 

"Bu, əslində Rusiyanın orbitinə qayıtmaq siyasəti deyil. Ermənistanın strateji yöndə atdığı addımlar onun Avropa İttifaqıa istiqamətləndiyini göstərir. Digər əsas hədəf Ermənistanın suverenliyi məsələsidir", deyə ekspert bildirib. 

Politoloq qeyd edib ki, Paşinyan Moskvanın forpostu olmaqdan qaçır, ancaq bütün hallarda bu, İrəvanın Moskva ilə düşmənçilik münasibətlərində olacağı anlamına gəlməməlidir: 

"Paşinyana qədər Ermənistan Rusiyanın forpostu olub. İndi isə İrəvan sürətlə Moskvanın forpostu olmaqdan çıxır. Ermənistan sadəcə balans siyasəti, region ölkələrilə normal münasibətlərin tənzimlənməsi siyasətini aparır. Yəni sözə deyil, əməli fəaliyyətə diqqət yetirmək lazımdır. Ona görə də İrəvanın MDB Təhlükəsizlik Şurası rəhbərlərinin iclasına qatılmasını yenidən onun Rusiya orbitinə qayıtması kimi dəyərləndirmək doğru olmaz".


Həmsöhbətimiz deyir ki, Moskvanın Ermənistana təsir imkanları hələ ciddidir: 

"Ermənistan iqtisadi cəhətdən də Avrasiya İqtisadi Birliyindən asılıdır. İrəvan bir çox strateji məsələlərlə bağlı qəbul edilən qərarları tam icra edə bilməyib. Azərbaycanla yekun sülh müqaviləsi, bütün koomunikasiyaların, Zəngəzur dəhlizinin açılması kimi problemlər hələ də qalır. Perspektivdə həmçinin İran və Türkiyə sərhədindəki rus qoşunlarını da erməni sərhədçiləri əvəz edəcək. Bu, hətta 2028-ci il, Tramp marşurutunun açılmasına qədər mümkün ola bilər. Belə çətinlikləri isə Rusiya ilə düşmənçilik fonunda həyata keçirmək rəsmi İrəvan üçün çətin olar. Deməli, Rusiya ilə düşmənçilik kiçik Ermənistanın maraqlarına xidmət etməz. Ona görə Ermənistan artıq xarici siyasətdə də Azərbaycandan öyrənməyə və onu tətbiq etməyə başlayıb".

Qeyd edək ki, Ermənistan artıq bir neçə ildir Rusiyada keçirilən və ya Moskvanın patronajlığı altında olan qurumların tədbirlərinə qatılmır. Lakin deyəsən artıq İrəvan yenidən Rusiya ilə bağlı belə tədbirlərə önəm verməyə başlayıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan 9 mayda Moskvada qələbə paradına qatıldı. O, həmçinin, bu yaxınlarda Rusiya nüvə sənayesinin yaranmasının 80 illik yubileyi tədbirində də iştirak edib. İndi də Təhlükəsiylik Şurasının katibi Armen Qriqoryan MDB TŞ rəhbərlərinin görüşünə gedir.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri