Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır Erməni KİV
Icma.az bildirir, Axar.az portalına istinadən.
Azərbaycanla kommunikasiyaların açılması prosesində daim “dəhliz məntiqi”nin müzakirə olunmadığını bəyan edən Ermənistan hakimiyyəti Azərbaycana veriləcək “maneəsiz keçid”i gündəmə gətirib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Məqalədə bir neçə gün öncə bu yöndə açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyana istinad edilib. Simonyan bildirmişdi ki, Azərbaycana dəmir yolu vasitəsilə “möhürlü yüklərin yoxlanılmadan sürətli keçidini” təmin etməyə hazırdırlar. Onun sözlərinə görə, bu yanaşma sonradan yük maşınları və sərnişinlər üçün də nəzərdən keçirilə bilər.
Məqalədə xatırladılıb ki, bu, faktiki olaraq dəhliz məntiqinə uyğundur, sadəcə, Ermənistan hakimiyyəti “dəhliz” sözünü işlətmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















