Icma.az
close
up
RU
Güc tətbiqi qaçılmazdır: “Ermənistan Zəngəzur dəhlizini açarsa...”

Güc tətbiqi qaçılmazdır: “Ermənistan Zəngəzur dəhlizini açarsa...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq.

Bu barədə Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov söyləyib.

“Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”, – Əmirbəyov bildirib.

Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.

“Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.

Qeyd edim ki, Azərbaycanla Ermənistan arasında bu ilin sonuna kimi sülhün imzalanması məsələsi o qədər də real görünmür. Maraqlıdır, belə olan halda  Paşinyan hansı yolu seçəcək? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Ermənistan Zəngəzur dəhlizini açarsa, bu, tərəflər arasında etimadı artıracaq:

“Amma hazırkı şərtlər daxilində məsələyə baxdığımızda görürük ki, Ermənistan prosesi uzatmağa çalışır. Baxmayaraq ki, iki həftə öncə tərəflər sülh danışıqları üzrə prosesin yükunlaşdığını və sülh müqaviləsi üzrə mətnin razılaşdırıldığı bildirirdilər.

Lakin mətn razılaşdırılması hələ sülh müqaviləsi imzalanması deyil. Sülh müqaviləsinin imzalanması və bunun sadəcə olaraq bir kağız parçası deyil, dayanıqlı və sabit sülhə xidmət edən bir sənəd olmalıdır.

Məhz bu səbəbdən Azərbaycan Ermənistan tərəfinin qarşısında bir neçə şərtlər qoyub ki, bunlardan birincisi, Ermənistanın milli qanunvericilik aktlarında və konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Digəri isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin edilməsi, şərti sənədlərdəki üçüncü qüvvələrin çıxarılmasıdır. Bundan başqa, şübhəsiz ki, sülhə müsbət töhfə verə biləcək digər məsələlər də mövcuddur.

Əgər Ermənistan Zəngəzur dəhlizini açarsa, bu, tərəflər arasında etimadı artıracaq. Bundan başqa, Azərbaycan Ermənistandan işğal dövründə minalanmış ərazilərin dəqiq xəritələrini tələb edir. Ermənistan guya bu xəritələri verdiyini iddia etsə də, onların dəqiqlik dərəcəsinin cəmi 20-25 % olduğu məlum olub. 

Bundan başqa, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş və bu günə qədər taleyi məlum olmayan 4000 nəfərin aqibətinə də aydınlıq gətirməlidir. Bu məsələlər Ermənistan tərəfinin həll edəcəyi məsələlərdir. Necə deyərlər, top onların meydançasındadır”. 

Politoloq qeyd edib ki, məsələnin həlli siyasi yolla mümkün olmazsa, onda bütün bunlar gərginliyin hər an başlanmasına səbəb olacaq amillər kimi qiymətləndirilməlidir:

“Azərbaycan məsələnin təzyiq metodları ilə yox, sülh və danışıqlar yolu ilə həll olunacağına inanmaq istəyir. Ümid edirik ki, proses dinc yolla tamamlanacaq. Lakin burada əsas məqam Ermənistandan asılıdır.

Çünki Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə atdığı addımlarla buna zidd davranır. Belə ki, sürətli silahlanma siyasəti və şərti sərhədlərdə davam edən təxribatlar gərginliyin artmasına səbəb olan əsas amillərdir. Azərbaycan bu prosesi yaxından izləyir və dəfələrlə Ermənistana xəbərdarlıq edərək sürətli silahlanmanın dayandırılmasını tələb edib.

Biz istəyirik ki, sülh müqaviləsi tez bir zamanda imzalansın. Lakin bu sənəd yalnız Ermənistanın siyasi hakimiyyəti ilə imzalanmış bir sənəd olmamalıdır. Erməni cəmiyyətinin də mövqeyi bilinməlidir. Biz bilməliyik ki, erməni cəmiyyəti Azərbaycan ilə sülh istəyir, yoxsa savaş variantı seçir? 

O baxımdan konstitusiya dəyişikliklərinə gedilərsə, bu problem siyasi yollarla həll oluna bilər. Əgər siyasi yolla mümkün olmazsa, onda ikinci variant - güc tətbiqi gündəmə gələcək. 

Nəzərə alsaq ki, sülh müqaviləsi imzalanmayıb və tərəflər arasında hələ də tam etimad formalaşmayıb, bütün bu amillər gərginliyin istənilən an yenidən başlamasına səbəb ola bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri