Ermənistana Azərbaycanla müharibə qətiyyən lazım deyil PAŞİNYAN
Azpost-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Ermənistana Azərbaycanla müharibə qətiyyən lazım deyil PAŞİNYAN.
Ermənistan hakimiyyətinə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
“Bizim Azərbaycana hücum etmək üçün heç bir səbəbimiz yoxdur. Biz faktiki olaraq siyasi müstəvidə və hətta müəyyən dərəcədə hüquqi müstəvidə Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını bəyan etmişik… Biz tezliklə sərhədin növbəti hissəsində delimitasiya prosesinə başlamalıyıq”, – o deyib.
Paşinyan Ermənistan tərəfinin regional sabitliyə qarşı yönələcək istənilən hərəkətini istisna edib. O, işin 90 faizinin artıq görüldüyünü bildirərək, sülh müqaviləsi layihəsinin razılaşdırılması istiqamətində səylərin güclənməsini gözlədiyini deyib.
Azpost.info
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)