Paşinyan: Ermənistana Azərbaycanla müharibə lazım deyil
Icma.az, Operativmedia saytına istinadən bildirir.
"Operativ Media" xəbər verir ki, bu barədə o, parlamentdə çıxışında bildirib.
“Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”, - o deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.
“Biz sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq və bu proses davam edir. Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da 90 faizi artıq tamamlanıb”, - Paşinyan söyləyib.
O, həmçinin bildirib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.
Baxış sayı:144
Bu xəbər 04 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















