Icma.az
close
up
RU
“Ermənistana buğda tədarükü Rusiyanın təşəbbüsüdür, “Tramp yolu”nun nəticəsi deyil...“

“Ermənistana buğda tədarükü Rusiyanın təşəbbüsüdür, “Tramp yolu”nun nəticəsi deyil...“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünən(7 noyabr) gecənin soyuğunda İqtisadiyyat naziri Gevorq Papoyan Ayrum stansiyasına, onun təbirincə, tarixi hadisəni elan etmək üçün gedib və o qədər həyəcanlanıb ki, "beynəlxalq qalmaqal"a səbəb olub. Məsələ ondadır ki, nazir Papoyan bəyan edib ki, 3 onillikdən sonra yük Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana gəlib və onun bir hissəsi hələ də yoldadır. O, bu reallığı ancaq 8 avqust bəyannaməsi, “Yer üzündə sülhün əksi” ifadəsi ilə şərtləndirib".

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Johovurd” qəzeti yazır.

"Bəs reallıq nədir?" - deyə sual edən nəşr ardınca yazır:

Qazaxıstandan Ermənistana nəzərdə tutulan 1000 tona yaxın buğda yüklənmiş 15 vaqon Azərbaycanın Bilıcəri dəmir yolu stansiyasından çıxıb və Gürcüstan ərazisindən keçərək Ermənistana doğru hərəkət edir. "Armenpress" xəbər verir ki, bu barədə Azərbaycanın APA agentliyi məlumat yayıb. Rusiya və Azərbaycan tərəfləri yüklərin Rusiyanın təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdığı barədə məlumat veriblər.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl Moskva və Bakının Rusiya yüklərinin tranziti ilə bağlı razılığa gəldiyini və tezliklə daha 132 vaqon buğdanın yenidən Azərbaycan ərazisi vasitəsilə Ermənistana göndəriləcəyini bildirmişdi. Azərbaycan prezidenti İlham Əliyev də Qazaxıstanda bəyan edib ki, Bakı Ermənistan yüklərinin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Lakin Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan qatar vaqonlarının fonunda dayanaraq bunun avqustun 8-də “Tramp yolu”nun məntiqi davamı olduğunu açıqlayıb".

"Johovurd" hesab edir ki, Ermənistan iqtisadiyyat nazirinin hər iki iddiası faktiki olaraq yanlışdır:

1. Buğda tədarükü Rusiyanın təşəbbüsüdür, “Tramp yolu”nun nəticəsi deyil.

2. Yük Azərbaycandan birbaşa Ermənistana daxil olmayıb, Azərbaycan → Gürcüstan → Ermənistan marşrutu ilə gedib. Yəni Azərbaycan Ermənistanla sərhədi açmadı.

Bu barədə Rusiya və Azərbaycan mətbuatında fəal şəkildə yazılır və bunun sadəcə olaraq tranzit qadağasının götürülməsi olduğu vurğulanır..”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri