Icma.az
close
up
RU
Rusiyanın Ermənistana arbitraj təzyiqi

Rusiyanın Ermənistana arbitraj təzyiqi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Paşinyan son çıxışlarından birində ölkənin dəmir yollarının idarə olunması ilə bağlı yaranmış mübahisənin beynəlxalq arbitraj müstəvisinə keçə biləcəyini istisna etməyib. O bildirib ki, Kremllə razılıq əldə olunmadığı halda, İrəvan arbitraj məhkəməsinə müraciət edərək hüquqi mexanizmlərdən yaralana bilər. Paşinyan, eyni zamanda, müəyyən hallarda Rusiyadan ildə 2 milyard dollar həcmində kompensasiya tələb olunması ehtimalını da gündəmə gətirib.

Rusiya tərəfi isə bu iddiaları qəti şəkildə rədd edir. Ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov erməni baş nazirin səsləndirdiyi fikirləri əsassız adlandıraraq, belə maliyyə tələblərinin heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Nazir qeyd edib ki, “Cənubi Qafqaz Dəmir Yolu” layihəsi Rusiya üçün “pulsuz aktiv” deyil və bu infrastrukturun inkişafına indiyədək 30 milyard rubldan çox investisiya yatırılıb. Onun sözlərinə görə, mövcud müqavilə öhdəlikləri çərçivəsində əlavə ödəniş tələbləri hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz.

* * *

Ermənistan dəmir yolu infrastrukturunun idarə olunması məsələsi formal olaraq iqtisadi xarakter daşısa da, mahiyyət etibarilə daha geniş geosiyasi çərçivəyə malikdir. Məlumat üçün deək ki, hazırda ölkənin dəmir yolları Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən uzunmüddətli konsessiya əsasında idarə olunur. Bu müqavilə 2008-ci ildə imzalanıb və 30 illik müddəti əhatə edir. Rusiya tərəfi bildirir ki, bu layihəyə indiyədək 30 milyard rubldan çox investisiya yatırılıb. Bu isə o deməkdir ki, Ermənistan hökumətinin konsessiya şərtlərini birtərəfli qaydada dəyişmək və ya ləğv etmək cəhdi beynəlxalq arbitraj və kompensasiya tələbləri ilə nəticələnə bilər.

Görünür, bu, Paşinyanın Putinlə son telefon danışığına verilən reaksiyadır və ehtimal ki, həmin söhbət uğurlu keçməyib. Paşinyanın əsas məqsədi Rusiyanın Ermənistanla bağlı, xüsusilə parlament seçkiləri ərəfəsində tətbiq etdiyi ticarət məhdudiyyətlərini yumşaltmaq və ya tamamilə aradan qaldırmaqdı. Lakin görünən odur ki, bu cəhd nəticəsiz qalıb. Bunun fonunda, onun səsləndirdiyi təklif – daha doğrusu, müəyyən mənada təhdid – ilk baxışdan o qədər də ciddi təsir gücünə malik görünmür. Çünki dəmir yolu infrastrukturu, ilk növbədə, Ermənistanın öz iqtisadi maraqları üçün həyati əhəmiyyət daşıyır. Bu vəziyyət bir daha göstərir ki, ticarət müharibələri qarşılıqlı xarakter daşıyır və bu oyunu hər iki tərəf oynaya bilər. Eyni zamanda, Ermənistanın Rusiya ilə mümkün ticarət qarşıdurmasında istifadə edə biləcəyi alətlərin məhdud olduğu da aydındır. İrəvan mövcud resurslardan maksimum yararlanmağa çalışsa da, imkanlar geniş deyil. Üstəlik, ölkə ərazisində – Gümrüdə Rusiyanın hərbi bazasının mövcudluğu bu balansda mühüm amillərdən biri olaraq qalır.

Avropanın bu məsələdə Paşinyana ciddi dəstək verəcəyi inandırıcı görünmür. Daha dəqiq desək, hər şey onun hansı arbitraj instansiyasına müraciət edəcəyindən asılıdır. Əgər məsələ Avropa məhkəmələrinə çıxarılsa, müəyyən nəticə əldə etmək ehtimalı istisna deyil. Lakin belə bir müraciətin hüquqi legitimliyi mübahisəli olaraq qalır. Bununla belə, qarşıdurma xəttinin seçilməsi ümumilikdə müsbət nəticələr vəd etmir. Rusiya həm iqtisadi, həm də enerji rıçaqlarından istifadə edə bilər. Xüsusilə təbii qazın qiymətlərinin artırılması Ermənistan üçün əlavə maliyyə yükü yaradacaq. Eyni zamanda, “Rusiya Dəmir Yolları”nın 2 milyard dollar həcmində kompensasiya ödəməsi ehtimalı olduqca aşağı qiymətləndirilir. Üstəlik, mövcud vəziyyət göstərir ki, şirkətin maliyyə imkanları da əvvəlki səviyyədə deyil.

* * *

Baş nazir Nikol Paşinyanın sözügedən məsələ ilə bağlı digər açıqlamaları isə Moskvanı daha da qəzəbləndirib. O, dəmir yollarının idarəçiliyinin yenidən nəzərdən keçirilə biləcəyini, hətta konsessiyanın digər ölkələrə – Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi tərəfdaşlara ötürülməsi variantının müzakirə olunduğunu bildirib. Bu yanaşma Ermənistanın Rusiya təsirindən qismən çıxmaq və daha çoxşaxəli iqtisadi əməkdaşlıq qurmaq istəyi kimi şərh olunur. Digər tərəfdən, N.Paşinyanın bölgəyə yeni tərəfdaşlar cəlb etmək cəhdi regional və beynəlxalq iqtisadi əməkdaşlıq kontekstində diqqətçəkən yanaşmadır. Onun bu ölkələrin seçməsi təsadüfi deyil və bir sıra tutarlı səbəbləri də var. İlk növbədə, qeyd olunan dövlətlər maliyyə resursları baxımından yüksək imkanlara malikdirlər. Xüsusilə BƏƏ və Qətər kimi körfəz ölkələri böyük suveren sərvət fondlarına sahibdir və bu fondlar vasitəsilə müxtəlif ölkələrdə strateji investisiya layihələrində aktiv iştirak edirlər.

İkincisi, bu ölkələr irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində zəngin təcrübəyə malikdirlər. Qazaxıstan region daxilində nəqliyyat-logistika şəbəkələrinin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq dəhlizlərin qurulması sahəsində mühüm layihələrə imza atıb. BƏƏ və Qətər isə limanlar, hava limanları, dəmir yolları və logistika mərkəzlərinin tikintisi və idarə olunması sahəsində qlobal səviyyədə fəaliyyət göstərirlər. Bu baxımdan onların potensial tərəfdaş kimi cəlb olunması infrastrukturun modernləşdirilməsi baxımından rasional görünür. Üçüncü mühüm amil bu ölkələrin siyasi baxımdan nisbətən neytral aktorlar kimi qəbul edilməsidir. Onlar böyük güclər arasında balanslı siyasət yürütməyə çalışır, regional münaqişələrdə açıq tərəf tutmaqdan çəkinirlər və daha çox iqtisadi maraqlara əsaslanan əməkdaşlıq modeli təklif edirlər. Bu xüsusiyyət onları riskli geosiyasi mühitlərdə daha qəbul edilə bilən tərəfdaşlara çevirir.

Lakin nəzəri baxımdan cəlbedici görünən bu əməkdaşlıq perspektivlərinin reallıqda həyata keçirilməsi bir sıra ciddi çətinliklərlə müşayiət oluna bilər. Təbii ki, başlıca maneə mövcud konsessiya müqavilələrinin hüquqi məhdudiyyətləridir. Əgər strateji infrastruktur obyektləri artıq uzunmüddətli müqavilələrlə başqa tərəflərin idarəsinə verilibsə, yeni tərəfdaşların cəlb edilməsi hüquqi mübahisələrə, arbitraj proseslərinə və əlavə maliyyə öhdəliklərinə səbəb ola bilər. Bu isə layihələrin həyata keçirilməsini ləngidə və ya ümumiyyətlə mümkünsüz edə bilər. Digər çətinlik potensial investorların ehtiyatlı davranışıdır. Qazaxıstan, BƏƏ və Qətər kimi ölkələrin investisiya strategiyaları adətən risklərin ciddi şəkildə qiymətləndirilməsinə əsaslanır. Siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik, regional münaqişələr və böyük güclər arasındakı rəqabət kimi amillər bu investorların qərar qəbuletmə prosesinə birbaşa təsir edir. Bu səbəbdən onlar yüksək riskli layihələrə daxil olmaqda tərəddüd göstərə bilərlər.

Mövcud geosiyasi və iqtisadi durum Ermənistan qarşısında mürəkkəb seçim yaradır. Ölkə iqtisadi cəhətdən Rusiyadan asılı olaraq qalır, eyni zamanda, daha müstəqil və çoxşaxəli siyasət yürütməyə çalışır. Amma bu balansı qorumaq getdikcə çətinləşir. Əsas vəzifə iqtisadi təhlükəsizliyi qoruyaraq çevik xarici siyasət formalaşdırmaqdır. Moskvanın iqtisadi təzyiq rıçaqlarından istifadə etməsi onu göstərir ki, regionda böyük layihələr artıq geosiyasi təsir alətinə çevrilib. Bu səbəbdən tələsik qərarlar uzunmüddətli risklər yarada bilər.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri