Ermənistana dəvət göndərilib, COP29da iştirak edibetməmək onların öz seçimidir Ayxan Hacızadə
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərib. Lakin iştirak edib-etməmək onların öz seçimidir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə deyib.
“Bildiyiniz kimi, burada əhəmiyyətli müzakirələr həyata keçirilir. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən birdir. 198 dövlət İqlim dəyişmələri üzrə BMT-nin çərçivə konvensiyasının üzvdür. Bu çərçivədə müvafiq olaraq sözügedən təhdidin aradan qaldırılması istiqamətində əhəmiyyətli müzakirələr davam etdirilir. Əhəmiyyətli müzakirələrə töhfə verilməsi hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsi məsələsinə heç bir şərh vermirik. İştirak məsələsi onların öz seçimləridir”, – o qeyd edib.
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















