Icma.az
close
up
RU
Ermənistana keçən hərbçimizin TALEYİ NECƏ OLACAQ?

Ermənistana keçən hərbçimizin TALEYİ NECƏ OLACAQ?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçi Nəsimi Musayev barədə danışıb. O, bildirib ki,  azərbaycanlı hərbçinin Ermənistana keçmək istədiyi və ya yolu azması ilə bağlı hələlik fakt yoxdur. Onun sözlərinə görə, Nəsimi Musayev müəyyən müddət Ermənistanda qalacaq. Məsələ ilə bağlı ətraflı araşdırma aparılmalıdır.

Hərbi ekspert Tərlan Eyvazov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

O, bildirib ki, hərbçinin qarşı tərəfə keçməsi kifayət qədər mürəkkəb hadisədir:

"Hərbçimizin itkin düşməsindən dərhal sonra Azərbaycanın aidiyyəti orqanları tərəfindən Ermənistan tərəfinə rəsmi məlumat verilib. Bildirilib ki, müəyyən şəraitlə bağlı hərbçinin yolu azması, ərazidən uzaqlaşması və ya postdan geriyə qayıdarkən itkin düşməsi ehtimalı var. Diqqətçəkən məqamlardan biri odur ki, həmin şəxs nəinki bizim, hətta Ermənistanın da müdafiə postlarından yan keçməyi bacarıb. Xüsusilə vurğulanır ki, hərbçinin hər hansı kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması barədə heç bir fakt yoxdur". 

Hərbi ekspert Tərlan Eyvazov

Ekspert hesab edir ki, hərbçi hər hansı xüsusi döyüş və ya kəşfiyyat tapşırığı icra etsəydi, bu barədə valideynlərə məlumat verilməzdi:

"Mövcud məlumatlara görə, əsgərimiz bizə hələlik məlum olmayan səbəblərdən hərbi hissəni tərk edərək qarşı tərəfə keçib. Azərbaycan və Ermənistanın hərbi idarələri arasında olan razılaşmalara əsasən, bu kimi hallarda hər iki tərəf hərbçiləri qarşılıqlı şəkildə təhvil verməlidir. Təsadüf nəticəsində və ya hər hansı başqa səbəbdən hərbçinin əməlində xəta olubsa, bu məsələ mütləq obyektiv şəkildə araşdırılmalıdır", - deyə müsahibimiz əlavə edib.

T. Eyvazov vurğulayıb ki, Ermənistan tərəfi bu hadisədən öz siyasi məqsədləri üçün istifadə edə bilməz. Çünki ölkələrin təcrübəsində sərhəd və təmas xəttində bu cür insidentlərin baş verməsi mümkündür və labüddür:

"Hazırda Ermənistanda və onun parlamentində yaşanan siyasi gərginlik fonunda rəsmi İrəvan emosiyaların yatmasını və vəziyyətin sabitləşməsini gözləyəcək, bundan sonra isə əsgərimiz ölkəmizə təhvil veriləcək. Bu, gözləniləndir. Hərbçinin qaytarılmasından sonra hansı hüquqi və inzibati tədbirlərin görüləcəyi isə proseslərin gedişatında bəlli olacaq. Çünki hadisənin tam təfərrüatı ilə bağlı ilk növbədə Müdafiə Nazirliyinin rəsmi və konkret açıqlaması gözlənilir".     

Qeyd edək ki, Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev həmin ölkədə 2 ay müddətinə həbs edilib. Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.  

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri