Icma.az
close
up
RU
Ukraynanın taleyi necə olacaq?

Ukraynanın taleyi necə olacaq?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ilə Rusiya danışıqlar masası arxasına keçməyə hazırlaşır

Prezident səlahiyyətlərinin icrasına başlayan Donald Tramp ötən il seçki kampaniyası dövründə söz verdiyi kimi, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün real addımlar atmağa hazırlaşır. Rusiyada Kremlə yaxın mənbələrin məlumatına görə, dünyanın 2 nəhəng dövlətinin prezidenti - Donald Tramp ilə Vladimir Putin arasında görüşün keçirilməsinə hazırlıq gedir. İnaqurasiya mərasimindən sonra Donald Tramp öz videomüraciətində bildirib ki, Rusiya lideri Vladimir Putinlə danışıq yaxın günlərdə baş tuta bilər.

Birləşmiş Ştatların yeni dövlət katibi  Marko Rubio da “NBS News” telekanalına müsahibəsində ölkəsinin Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətində olduğunu açıqlayıb. “Bu münaqişəyə son qoymaq ABŞ-ın rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.

Kiyev sülh üçün ABŞ-la birgə işləməyə hazırdır

Görüşün təfərrüatları ilə bağlı məlumat verilməsə də, əsas müzakirə predmenti - yeni qlobal nizamın müəyyən olunması, xüsusilə Şərqi Avropa, Arktika, Sakit okean və Yaxın Şərqdə mövcud vəziyyətin nizamlanması, qarşılıqlı anlaşma əsasında geostrateji və geosiyasi maraqların bölüşməsi olacağı iddia olunur.  Görüşdə ikitərəfli iqtisadi münasibətlərin yenidən qurulması və enerji məsələləri də müzakirə oluna bilər. Qeyd edək ki, Ukrayna məsələsi ABŞ-Rusiya münasibətlərində ən mühüm gündəm hesab olunur. 

Bir məqamı da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Rusiya münasibətlərində baş verəcək proseslərdən çox ciddi narahatdır. V.Zelenski Donald Trampın güclü adam olduğunu və Ukraynanın həqiqi sülhə nail olmaq üçün ABŞ ilə birlikdə işləməyə hazır olduğunu bildirib.

Müharibənin bitməsi ehtimalı...

Maraqlıdır, görəsən, yaxın zamanda baş tutması ehtimal olunan Tramp-Putin görüşündə Ukraynanın taleyi ilə bağlı proses hansı istiqamətdə inkişaf edəcək? Hər iki lider bu məsələdə qarşılıqlı güzəştlərə gedəcəkmi? Ukraynada müharibənin yaxın zamanda bitməsi mümkün olacaqmı?

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova “Yeni Azərbaycan” qəzetinə açıqlmasında qeyd edib ki, yaxın zamanda Ukraynada müharibənin bitməsi ehtimal olunmur.

“Trampın Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti olaraq öz səlahiyyətlərinin icrasına başlaması ilə qlobal sistemdə hansı dəyişikliklərin ola biləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi və atəşkəsin əldə olunması ilə bağlı razılığın mümkünlüyü məsələsi ən çox diqqət mərkəzində olan mövzudur. Hələ seçkiqabağı təşviqat dönəmində Trampın verdiyi bəyanatlara nəzər yetirdikdə, o davamlı şəkildə müharibənin baş verməsində Bayden administrasiyasını günahlandırırdı. İndi də bu mövqeyi dəyişməz olaraq qalır və kifayət qədər iddialı çıxışlarla müşayiət olunur. Bu nöqteyi-nəzərdən yanaşdıqda, ən qısa müddətdə atəşkəsin əldə olunması istiqamətində real addımların atılacağını ehtimal etmək mümkündür”.

Atəşkəs üçün şərtlər

Politoloq bildirib ki, atəşkəsin əldə olunmasına qədər önəmli bir digər məsələ də ona hansı şərtlər əsasında nail olunmasıdır. “Ehtimallar və reallıq bəzən üst-üstə düşməyə bilər və belə olan şəraitdə Trampın verdiyi vədlərə nail olması üçün reallığın gözləntilərə uyğunlaşdırılması mütləqdir. Ukrayna üçün ən böyük gözlənti ərazi bütövlüyünün bərpa olunması olduğu halda Rusiyanın əsas hədəfi hazırda nəzarətində olan əraziləri legitimləşdirməkdir. Digər tərəfdən isə Avropanın bəzi güc mərkəzlərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı gözləntiləri və maraqları heç də ABŞ-ın mövqeyi ilə üst-üstə düşmür. Ona görə də, bu reallıqlar kontekstində Trampın qısa müddətdə müharibəni tamamilə bitirməsi ehtimalı çox da mümkün görünməsə də, ilkin mərhələdə qısamüddətli atəşkəs ehtimalı istisna edilmir”.

Aytən Qurbanovanın sözlərinə görə, bu məsələdə önəmli məqamlardan biri də Tramp və Putin arasındakı şəxsi münasibətlərin kifayət qədər yüksək səviyyədə olması faktıdır ki, bu da istisnasız olaraq,  Ukraynada atəşin dayandırılması üçün dialoq masasının yenidən qurulmasına təsir edə bilər. Demək, 2025-ci ilin, hətta Trampın prezidentlik dönəminin sonuna qədər Ukrayna ilə Rusiya arasında müharibəni birmənalı şəkildə sonlandırmaq ehtimalı real olmasa da, atəşkəsin mövcud status-kvonun qorunması əsasında təmin edilməsi mümkündür.

Yunis Abdullayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2025 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see248

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see209

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see187

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see180

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see178

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see176

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see176

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see174

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see166

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see162

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see150

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see148

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see142

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see142

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri