Icma.az
close
up
RU
Ermənistana Rusiya lazımdır, yoxsa Azərbaycan və Türkiyə?

Ermənistana Rusiya lazımdır, yoxsa Azərbaycan və Türkiyə?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın TASS-a müsahibəsində "Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur" iddiası Paşinyan hökumətinə yönəlmiş açıq ittiham olduğu üçün ajiotaj yaradıb. Onun fikrincə, İrəvanın Avropa İttifaqına (Aİ) inteqrasiya cəhdləri sadəcə simvolik jestlərdir və məqsəd Rusiyanı zəiflətməkdir. Maraqlıdır ki, Abramyanın bu müsahibəsi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanın Altay Respublikasına səfəri ilə paralellik təşkil edir. Bu səfərdə maraqlı olan digər məqam isə siyasi xəttinə görə ölkəsinin KTMT-dəki fəaliyyətini donduran, Moskvaya qarşı açıq hücuma keçən Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadıqlarını bəyan etməsidir. Təbii ki, İrəvan hökumətinin bu ziddiyyətli manevrləri regionda siyasi qeyri-müəyyənliyi artırır, ölkəsinin gələcəyini şübhə pərdəsi altında saxlayır. Çünki iki budaqda oturmaq cəhdi qarşı tərəflərdə əsla inam və etibar yaratmır.

Rusiya üçün Ermənistan artıq etibarlı müttəfiq deyil, Qərb üçün isə qeyri-sabit və etibarsız bir tərəfdaşdır. Azərbaycanla hələ də yekun sülh müqaviləsi imzalanmayıb, Türkiyə ilə sərhədlər açılmayıb. Əlbəttə ki, belə bir ziddiyyətli mövqe Ermənistanı geosiyasi oyunların qurbanına çevirir və onun üçün müsbət heç nə vəd etmir. Ara Abramyan da bu çaxnaşmada Ermənistanın çıxış yolunu yalnız Rusiyada görür. Lakin o unudur ki, Rusiya Ermənistanı son 30 ildə nə siyasi, nə də iqtisadi cəhətdən ayağa qaldıra bilib. Əvəzində Ermənistanın Rusiyaya meyilliliyi onun öz təhlükəsizliyini illərlə başqasının çətiri altından çıxmağa qoymayıb. Əgər bu ölkə özünü həqiqətən də müstəqil dövlət kimi görmək istəyirsə, normal qonşuluq siyasətini prioritet kimi yenidən nəzərdən keçirməli, gələcəyini başqa coğrafiyalarda axtarmaqdansa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməlidir. Çünki bu seçim Ermənistanın yalnız siyasi elitasının deyil, xalqının da gələcəyini müəyyən edəcək.

Bu ziddiyyətlər fonunda diqqət çəkən əsas məqamlardan biri də Zəngəzur dəhlizinin açılması perspektividir. Əgər bu dəhliz açılarsa, marşrutu boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaranacaq. Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabatda da deyilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir. Bu dəhliz Asiya ilə Avropa arasında uzanan nəqliyyat-logistika zəncirinin bütün iştirakçıları üçün də faydalı olacaq. Yeni marşrut Asiya ölkələrinin Avropa bazarlarına quru yolu ilə daha asan və sürətli çıxışını təmin etməklə yanaşı, regionun logistik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə tranzit xidmətlərinə olan tələbatı artıracaq. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Lakin Ermənistan bu fürsəti reallığa çevirməkdə hələ də tərəddüd edir. Paşinyan hökuməti daxili ictimai-siyasi təzyiqlər və xarici təsirlər səbəbindən bu istiqamətdə ya qətiyyətli qərar vermir, ya da qərarlarını tez-tez dəyişir.

İyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizi ilə bağlı danışan Prezident İlham Əliyev də bildirdi ki, biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk:

"Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini, demək olar, başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq. Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan, Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır".

Bir sözlə, Zəngəzur dəhlizi Ermənistan üçün yalnız quru yol deyil, həm də çıxış yoludur. Ona görə də Ermənistanın ehtiyacı olan əsas amil regionda normal qonşuluq əlaqələri qurmaqdır. Məhz uzun illərdir İrəvanı iqtisadi dalana dirəyən də əsas iki qonşusu-Azərbaycan və Türkiyə ilə münasibətləri gərgin fazada saxlaması, işğalçılıq əməlləri, davamlı təxribatları olub. İndi də Paşinyanın sülh sazişindən yayınması, sözü ilə əməlinin tərs mütənasib olması bu fürsətləri təxirə salır. Bu baxımdan, Ermənistan seçim etməlidir: Ya müxtəlif dövlətlərin əlində alət olub daimi xaos, gərginlik və münaqişə, ya da ki, davamlı əməkdaşlıq və normal qonşuluq münasibətləri. Bu seçim Ermənistanın yalnız siyasi elitasının deyil, xalqının da gələcəyini müəyyən edəcək.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri