Icma.az
close
up
RU
Ermənistana sərnişin daşıma AÇILACAQ? KONKRET

Ermənistana sərnişin daşıma AÇILACAQ? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistanla nəqliyyat infrastrukturunun yaradılması istiqamətində müəyyən ortaq mövqe formalaşır”.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Ajans.az-a açıqlama verib.

Deputat bildirib ki, regionda baş verən proseslər nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır:

“Dünyada baş verən münaqişələr, müharibələr, terror hadisələrinin artması, miqrasiya axını və müəyyən xəstəliklər fonunda bəzi dövrlərdə quru yolların bağlanması və məhdudlaşdırılması zərurətə çevrilirdi. Bu da dövlətlərin öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş bir yanaşma idi”.

O qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutunun dəmir yolu vasitəsilə istifadəyə verilməsi müsbət addımdır:

“Bakı-Tbilisi-Bakı marşrutu açılırsa və dəmir yolundan istifadə reallaşırsa, bu çox yaxşı haldır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına daim diqqət yetirilib və bu gün də bu məsələ prioritet olaraq qalır”.

Tahir Rzayev əlavə edib ki, Zəngəzur dəhlizinin açılması və yeni nəqliyyat yollarının salınması da gündəmdədir:

“Dövlətin təhlükəsizliyi qorumaq və insanların rahatlığını təmin etmək bu gün ən vacib məsələlərdəndir. Quru nəqliyyat dəhlizlərinin inkişafı həm iqtisadi inkişafa, həm ticarət və turizmin genişlənməsinə, həm də insanların sərbəst hərəkətinə imkan yaradır”.

Onun sözlərinə görə, gələcəkdə yeni marşrutların açılması istisna edilmir:

“Bütün məsələlər müvafiq qurumlar tərəfindən ölçülüb-biçilir. Bu gün Bakı–Tbilisi marşrutu istifadəyə verilibsə, gələcəkdə digər marşrutların da açılması planlaşdırıla bilər”.

O həmçinin region ölkələri ilə əlaqələrə də toxunub:

“Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistanla nəqliyyat infrastrukturunun yaradılması istiqamətində müəyyən ortaq mövqe formalaşır. Azərbaycandan Ermənistana yük daşımalarına icazə verilib. Gələcəkdə sabitlik və sülh təmin olunduqdan sonra sərnişin daşımalarının da açılması mümkündür”.

Deputat vurğulayıb ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi Azərbaycanın region ölkələri — Rusiya, Türkiyə, İran və digər dövlətlərlə əlaqələrinə də müsbət təsir göstərə bilər:

“Bu imkanlar genişlənərsə, ölkəyə turist axını da artacaq, iqtisadi və sosial əlaqələr daha da güclənəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri