Icma.az
close
up
RU
Ermənistanda adı qalmaqalda hallanan deputat partiyadan qovuldu

Ermənistanda adı qalmaqalda hallanan deputat partiyadan qovuldu

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın hakim “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib.

“İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, - məlumatda bildirilir.

Daha əvvəl “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan baş nazir Nikol Paşinyanın mandatından imtina xahişini rədd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər verib. Paşinyan xatırladıb ki, hər iki parlamentari İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak ediblər.

Paşinyan xatırladıb ki, o, əvvəllər Kyaramyana istefa verməyi təklif edib. O, eyni səbəbdən deputatlara səlahiyyətlərini tərk etməyi məsləhət görüb. Zeynalyan artıq bu xahişi yerinə yetirib, Ağazaryan isə imtina edib.

Ağazaryan artıq İstintaq Komitəsinin keçmiş rəhbəri ilə bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qarşısında ifadə verib. İstintaq çərçivəsində onun telefonu müsadirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Dekabr 2024 02:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri