Icma.az
close
up
RU
Ermənistanda daha bir deputat qovuldu

Ermənistanda daha bir deputat qovuldu

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Ermənistan parlamentinin daha bir deputatı Akop Aslanyan hakim "Mülki müqavilə" fraksiyasından xaric edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "24News"a fraksiyanın katibi Artur Ovannisyan bildirib.

Dekabrın 11-də A.Aslanyan keçmiş fraksiya həmkarı Ovik Ağazaryanın məhkəməsi ilə əlaqədar "Mülki müqavilə" fraksiyasında iştirakını bir ay müddətinə dayandırdığını bəyan edib. O sosial şəbəkədəki səhifəsində bəyanatın skrinşotunu yerləşdirərək, partiya ilə əməkdaşlığı "dondurmaq" qərarının səhv olduğunu bildirib. Eyni zamanda, skrinşotda mətnin ona Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan tərəfindən göndərildiyi görünür.

"Cənab Aslanyan fraksiya və partiyanın nizamnaməsini pozduğuna görə (xaric edilib - red.). Bu gün verdiyi açıqlamaları gördünüz. Fraksiyanın qərarı ilə xaric edildi", - partiyanın katibi deyib.

Ovannisyan qeyd edib ki, fraksiyadan xaric edilən digər deputat Ovik Ağazaryan iclaslardan məlumatların "sızmasını" təşkil edib. Deputatın nöqteyi-nəzərindən Ağazaryanı müdafiə etmək cəhdləri də analoji sonluqla (yəni fraksiyadan kənarlaşdırılma - red.) səbəb olmalı idi.

A.Aslanyanın partiyadan çıxarılması məsələsi "Mülki müqavilə"nin İdarə Heyətində müzakirə olunacaq.

Deputat mandatının təhvil verilməsinə gəlincə, Ovannisyan qeyd edib ki, Aslanyan hələlik qərarını açıqlamayıb. Fraksiya katibinin sözlərinə görə, A.Aslanyan çox güman ki, deputat mandatından imtina etmək istəmir.

Aslanyan özü vəziyyəti şərh etməyib, o, "şərh yoxdur" deməklə kifayətlənib.

Xatırladaq ki, dekabrın 4-də "Mülki müqavilə" Partiyası deputat Ovik Ağazaryanı da sıralarından xaric edib. Bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. "İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə "Mülki müqavilə" Partiyasından xaric olunub", - məlumatda bildirilib.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2024 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see341

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see248

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see245

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see239

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see237

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see234

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see229

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see228

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see226

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see220

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see219

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see207

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see207

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see206

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see203

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see198

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see187

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see174

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri