Icma.az
close
up
RU
Ermənistanda gərginlik PİK HƏDDƏ “Rusiya bazası Gümrüdən çıxarıla bilər”

Ermənistanda gərginlik PİK HƏDDƏ “Rusiya bazası Gümrüdən çıxarıla bilər”

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Son günlərdə Ermənistanda Rusiya əleyhinə aksiyalar geniş vüsət almağa başlayıb. Belə ki, ötən həftə sonu Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.
Hərbi baza yaxınlığında keçirilən aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil edib.
Sözügedən partiyanın sədri Arman Babacanyan 102-ci bazanın Ermənistanın təhlükəsizliyini təhdid etdiyini bildirərək, bu səbəblə onun ölkədən çıxarılmasını tələb edib.
Qeyd edək ki, İrəvanın 44 günlük müharibədə və 2023-cü ilin bir günlük döyüşlərində ağır məğlubiyyətindən sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar geniş vüsət almağa başlayıb və 2026-cı ilin seçkiləri ərəfəsi mövcud tendensiya daha intensiv xarakter almaqdadır. Bu mənada 102-ci hərbi bazanın çıxarılması da məhz həmin etirazların tərkib hissəsidir.
Görəsən, İrəvan 102-ci baza ilə bağlı istəyinə nail olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Ermənistan əhalisinin yarısı Rusiya hərbi bazası ilə bağlı imzalanan sənədi legitim hesab etmir:
“Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci bazanın statusu dövlətlərarası müqavilə ilə müəyyənləşib. Məsələnin hüquqi və siyasi tərəfinə gəldikdə, həmin bazanın Ermənistanda mövcud olması iki ölkə arasındakı münasibətlər baxımından qanunidir. 
Hazırda Ermənistan əhalisinin təxminən yarısı hesab edir ki, Rusiya hərbi bazası ilə bağlı imzalanan sənəd legitim deyil. Ona görə ki, zəif Ermənistan güclü Rusiya qarşısında təzyiq vasitəsilə belə bir anlaşma imzalayıb. Məsələnin hüquqi baxımdan mübahisə yaradan tərəfi də budur. Bu səbəbdən Ermənistanda Rusiya hərbi bazasının olması əleyhinə aksiyalar keçirilir”.
Paşinyanın “real Ermənistan”ı
Deputat qeyd edir ki, Paşinyan 2026-cı ildə özü üçün yeni siyasi uğuru təmin edərsə, Rusiyaya qarşı bənzər aksiyalar daha intensiv xarakter alacaq:

“Çünki Paşinyan elan etdiyi “real Ermənistan” ideyasına həm də ərazisində heç bir xarici hərbi baza olmayan müstəqil Ermənistan dövləti kimi baxır. Paşinyan bu günlərdəki çıxışında elan etdi ki, “real Ermənistan” artıq ideya deyil, erməni xalqının milli ideologiyasına çevrilməkdədir”.
Həmsöhbətimiz düşünür ki, mövcud şəraitdə Rusiya hərbi bazasının ölkədən çıxarılması mümkün görünməsə də, bütün hallarda keçirilən belə aksiyalar seçkilərə gedən yolda antirusiya meylli qüvvələrin Paşinyan  komandası ətrafında konsolidasiyası deməkdir:
“Amma onların mövqeyi hələlik rusiyapərəstlər qədər güclü olmadığından hazırkı şəraitdə daha kütləvi tədbirlər keçirə bilmirlər”.
Deputat zənn edir ki, indiki vəziyyətdə Rusiya hərbi bazasının çıxarılması mümkün deyil:
“Bu, yalnız 2026-cı ildən sonra mümkün ola bilər”.
Nə qədər paradoksal görünsə də, H. Babaoğlunun fikrincə, bu həm də Zəngəzur dəhlizinin açılması ilə əlaqləndirilməlidir: 
 

“Rusiya baş nazirinin müavini Overçukun Ermənistana səfərinə şahidlik etdik. Danışıqlar çox da kəskin olmadı. Rusiya başa düşdü ki, Zəngəzur dəhlizinə hərbi nəzarətdən söhbət getmir. Rusiya iqtisadi mənafeyini imperalist maraqlarından üstün tutarsa, özü də Zəngəzur dəhlizi kommunikasiyasından istifadəçi kimi yararlana bilər.


Beləliklə də, onlar 102-ci hərbi bazanın Ermənistanda qalmasının əhəmiyyətsizliyini dərk edərək, müqavilə şərtlərində nəzərdə tutulan illəri gözləmədən, vaxtından əvvəl ərazini tərk edə bilərlər”.
Rüfət Sultan, Bizim.Media    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri