Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ermənistanda kilsə hökumət qarşıdurması: gərginlik pik həddə

Ermənistanda kilsə hökumət qarşıdurması: gərginlik pik həddə

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan siyasətində Baş nazir Nikol Paşinyan ilə katolikos II Qaregin arasında davam edən qarşıdurma ölkənin gündəmində əsas mövzuya çevrilib. Bu gərginlik getdikcə dərinləşir və siyasi proseslərin gələcək istiqamətinə ciddi təsir göstərə bilər. Paşinyan kilsənin nüfuzlu qanadı ilə münasibətləri qorumağa çalışsa da, Rusiyaya bağlı qüvvələr və katolikos II Qaregin vasitəsilə ona təzyiq göstərilməsi müşahidə olunur.
Cəmiyyətdə qütbləşmə daha da artır, bir neçə keşişin həbs olunması və kilsəyə qarşı ittihamlar daxili narazılığı gücləndirir. Eyni zamanda, qarşıdakı parlament seçkilərinə hazırlıq fonunda revanşist qüvvələrin fəallaşması, eləcə də keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın proseslərə müdaxiləsi siyasi gərginliyi artırır.
Bütün bu qarşıdurmalar Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnməsə də, iyun ayında keçiriləcək parlament seçkilərinə yaxın gərginliyin daha da dərinləşəcəyi gözlənilir. Qarşıdakı dövr həm daxili, həm də beynəlxalq səviyyədə Ermənistanın siyasi mənzərəsini müəyyənləşdirəcək və ölkənin gələcək siyasi trayektoriyasına təsir göstərəcək.

Paşinyan Katolikos məsələsində irəliləyir

Politoloq Əli Mustafa qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanla Eçmiədzin katolikosu II Qaregin arasında davam edən qarşıdurma getdikcə dərinləşir və prosesin sonu artıq aydın görünməyə başlayır.
Onun sözlərinə görə, mövcud dinamika mütləq şəkildə Paşinyanın xeyrinə işləyir: "Paşinyan bütövlükdə kilsəni hədəf almır, əksinə, kilsənin sağlam, xalq arasında nüfuzu olan qanadı ilə münasibətləri qorumağa çalışır. Paşinyan mütəmadi olaraq kilsəyə gedir, öz mesajlarını verir və göstərir ki, dini dəyərlərə qarşı deyil. Onun mübarizəsi Rusiyaya bağlı olan, Ermənistan daxilində xarici təsirlərə xidmət edən KK B strukturları və xüsusilə katolikos II Qareginlədir. Ermənistanda uzun müddətdir katolikosun vəzifədən uzaqlaşdırılması ilə bağlı cəhdlər edilir, cəmiyyətin də əhəmiyyətli hissəsi II Qaregindən narazıdır. Bu isə Paşinyanın mövqelərini daha da gücləndirir. Prosesin son mərhələsində Nikol Paşinyanın üstünlüyü daha qabarıq görünəcək və baş nazir katolikos məsələsində istədiyi dəyişikliyi reallaşdırmağa yaxınlaşıb".

“Kilsə ilə çəkişmə”

Politoloq Sabir Məmmədli diqqətə çatdırıb ki, Ermənistan cəmiyyətində ciddi qütbləşmə müşahidə olunur və bu qütbləşmənin mərkəzində Nikol Paşinyan ilə erməni kilsəsi arasındakı qarşıdurma dayanır: “Paşinyana qarşı olan rusiyapərəst qüvvələr kilsənin nüfuzundan istifadə edərək ona təzyiq göstərir. Eyni zamanda bir neçə keşişin həbs olunması cəmiyyətdə ciddi qıcıq doğurub. Paşinyan faktiki olaraq kilsəni neytrallaşdırmağa çalışır, amma bu, böyük risklər daşıyır. Kilsə həm ölkədaxili, həm beynəlxalq, həm də diaspor təsiri baxımından çox nüfuzlu mərkəzdir və Rusiya ilə bağlılığı onun gücünü daha da artırır. 2026-cı ildə seçkilər yaxınlaşır və bütün siyasi qüvvələr buna hazırlaşır. Paşinyan müxalif qüvvələri sıradan çıxarmağa çalışsa da, kilsə ilə açıq çəkişmə onun planını çətinləşdirə bilər.
Kilsə bütün imkanlarını, o cümlədən xaricdəki təsir kanallarını Paşinyana qarşı səfərbər edib. Paşinyanın keşişlərin etik pozuntularına istinad etməsi nəticə verməyəcək, çünki erməni toplumunda bu məsələlər ictimai qəzəb doğuran qeyrət-namus məsələsi kimi qəbul olunmur”.
Sabir Məmmədli bildirib ki, vergi məsələsi və kilsə nümayəndələrinin davranışları ilə bağlı ittihamlar gərginliyi daha da artırır:
“Paşinyan kilsə ilə mübarizədə asanlıqla məqsədinə çata bilməyəcək, bu, ona ciddi baş ağrısı yaradacaq. Hadisələrin gedişi isə seçkilərə yaxın situasiyanın hansı istiqamətə yönələcəyini göstərəcək”.

Paşinyana qarşı təzyiq zirvədə

Politoloq Cavanşir Abbaslı əlavə edib ki, gələn il iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və həmin tarix yaxınlaşdıqca Nikol Paşinyana qarşı gərginliklərin daha da artacağı gözləniləndir. Xüsusilə revanşist qüvvələrin fəallaşması, eləcə də ‘Qarabağ krallığının’ liderləri sayılan Robert Koçaryan və Serj Sarkisyanın proseslərə aktiv şəkildə qoşulması ehtimal olunur. Onlar bütün imkanlarla parlament seçkilərində Paşinyan üzərində üstünlük qazanmağa çalışacaqlar.
Politoloqun sözlərinə görə, hazırda müşahidə edilən qarşıdurmalar da həmin kateqoriyaya daxildir, lakin nəticə verəcək gücdə deyil: “Paşinyanın nüfuzu II Qarabağ müharibəsindən sonra müəyyən qədər azalsa da, rəqibləri ilə müqayisədə yenə də seçkilərdə qələbə qazanmağa yetir. Bütün bu proseslərin fonunda Kreml amili yenidən ön plana çıxır.Uzun müddət Moskva revanşistləri dəstəkləməklə Paşinyana təzyiq etməyə çalışırdı. Zaman keçdikcə onların Paşinyanı devirməyə gücünün çatmadığı aydın oldu. Buna görə də indi alternativ olaraq katolikos II Qareginlə Paşinyan arasındakı gərginliyi körükləməyə cəhd edirlər. Paşinyan müəyyən təzyiqlərlə üzləşəcək, lakin proseslərin onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcəyi real görünmür".

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri