Icma.az
close
up
RU
Ermənistanda hazırlanan 30 azərbaycanlı Balayan ona Bakıda terror əmrini verib

Ermənistanda hazırlanan 30 azərbaycanlı Balayan ona Bakıda terror əmrini verib

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da terror aktının törədilməsindən 31 il ötür.

Globalinfo.az xatırladır ki, partlayış nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər isə yaralanıb.

Hadisənin başvermə anı

Martın 19-u saat 13:00-da metronun “20 Yanvar” stansiyasında güclü partlayış olub. Məlumata görə, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. İlkin olaraq 14 nəfərin öldüyü, 49 nəfərin isə xəsarət aldığı açıqlanıb. Terror hücumunun icraçısı olduğu bildirilən Oktay Qurbanov adlı şəxs də partlayış nəticəsində ölüb.

Teraktın pərdəarxası və istintaq

Olaydan sonra Ümumilli lider Heydər Əliyev terrorizmin araşdırılması prosesinə Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayıb. Bu çərçivədə cinayət törətmək şübhəsi ilə “ləzgi xalqının azadlığı” adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı “Sadval” təşkilatının üzvləri həbs edilib. İstintaq prosesi çərçivəsində terror aktının təşkilatçıları və təqsirləndirənlərin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə qurduğu ortaya çıxıb. Hətta 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşının Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçdiyi məlum olub.

Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsinin onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etdiyi bildirilib. İstintaq zamanı təxribatçıların təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırdıqları müəyyən edilib.

Terror aktına görə 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum olunub.

 “Sadval”ın ikinci hücum aktı

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı törədilib. Saat 20:30-da “28 May” metrostansiyasından çıxıb “Gənclik” metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, ikinci vaqonda partlayış olub. Daha sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olduğu və 58 nəfərin isə yaralandığı açıqlanıb.

Bu partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə Azər Aslanov öz ifadələrində Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan aldığını bildirir. Yekun olaraq Azər Aslanov məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir.

Qeyd edək ki, martın 19-da baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.

Ayşən Mustafa
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri