Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Zori Balayan Bakıda terror əmrini kimə vermişdi? 32 il öncə yaşananlar

Zori Balayan Bakıda terror əmrini kimə vermişdi? 32 il öncə yaşananlar

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

*** 19.03.2025

Xəbər verdiyimiz kimi, 2026-cı il, aprelin 5-də erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan 91 yaşında vəfat edib. 

Məlumdur ki, Balayan həm də 1994-cü il 19 martda Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub.

Globalinfo.az terror aktı barədə “19.03.2025” tarixli məqaləsini xatırladır.

Qeyd edək ki, metroda partlayış nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər isə yaralanıb.

Hadisənin başvermə anı

Martın 19-u saat 13:00-da metronun “20 Yanvar” stansiyasında güclü partlayış olub. Məlumata görə, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. İlkin olaraq 14 nəfərin öldüyü, 49 nəfərin isə xəsarət aldığı açıqlanıb. Terror hücumunun icraçısı olduğu bildirilən Oktay Qurbanov adlı şəxs də partlayış nəticəsində ölüb.

Teraktın pərdəarxası və istintaq

Olaydan sonra Ümumilli lider Heydər Əliyev terrorizmin araşdırılması prosesinə Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayıb. Bu çərçivədə cinayət törətmək şübhəsi ilə “ləzgi xalqının azadlığı” adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı “Sadval” təşkilatının üzvləri həbs edilib. İstintaq prosesi çərçivəsində terror aktının təşkilatçıları və təqsirləndirənlərin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə qurduğu ortaya çıxıb. Hətta 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşının Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçdiyi məlum olub.

Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsinin onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etdiyi bildirilib. İstintaq zamanı təxribatçıların təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırdıqları müəyyən edilib.

Terror aktına görə 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum olunub.

 “Sadval”ın ikinci hücum aktı

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı törədilib. Saat 20:30-da “28 May” metrostansiyasından çıxıb “Gənclik” metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, ikinci vaqonda partlayış olub. Daha sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfərin həlak olduğu, 58 nəfərin isə yaralandığı açıqlanıb.

Bu partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. Tarixçi Zaur Əliyev yazır ki, 1998-ci ildə Azər Aslanov öz ifadələrində Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan aldığını bildirir. Yekun olaraq Azər Aslanov məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir.

Qeyd edək ki, martın 19-da baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri