Icma.az
close
up
RU
“Ermənistanda hələ də revanşist əhvalruhiyyə özünü göstərir“ ŞƏRH OLUNDU

“Ermənistanda hələ də revanşist əhvalruhiyyə özünü göstərir“ ŞƏRH OLUNDU

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“44 günlük Vətən müharibəsi və bir gün davam edən anti-terror tədbirlərindən sonra Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibətlərinin qurulması artıq həyatın tələbinə çevrilib. Azərbaycan əvvəllər də Ermənistanla yaxşı münasibətlər qurmaq istədiyini bəyan edirdi. Amma bunun üçün Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinə hörmətlə yanaşılması vacib idi. İndi bunun üçün tarixi şans yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq hüquq çərçivəsində qonşu Ermənistanla münasibətlər qurulmasına çalışır: “Bu istiqamətdə danışıqlar aparılır, iki ölkə liderlərinin vaxtaşırı görüşləri keçirilir. Məlumatlara görə, artıq sülh müqaviləsinin 80-85 faizi razılaşdırılıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfindən vaxtaşarı sülh müqaviləsini “tormozlamaq”, Azərbaycanın suveren hüquqlarını məhdudlaşdırmaq cəhdləri edilir, Ermənistanda hələ də revanşist əhval-ruhiyyə özünü göstərir. Ermənistan hələ də Azərbaycandan beynəlxalq hüququn verdiyi imkanlardan imtina etməyə çalışır, xaricdən müəyyən dairələr və dövlətlər Ermənistana dəstək verirlər. Ancaq Azərbaycan öz suverenliyini qorumaq, regionda sülh yaratmaq cəhdlərindən heç bir zaman əl çəkməyəcək, bu istiqamətdə öz fəaliyyətini genişləndirəcək və Ermənistanla sülh müqaviləsinin yaxın zamanlarda imzalanması üçün çalışacaq.Ermənistan ümid etməsin ki, Azərbaycan sülh təklifindən imtina edəcək. Sülh müqaviləsi bu gün Ermənistandan çox Azərbaycana lazımdır. Ermənistanın açıq dənizə çıxışı yoxdur, ora investisiya qoymaq istəyən böyük şirkətlər yoxdur. Bu barədə Ermənistan rəsmilərinin də bəyanatlarında məsələlər öz əksini tapıb. Sülh müqaviləsi nə qədər tez imzalanarsa, regiona bir o qədər tez sülh gələr”.

Müəllif: Səbinə Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see169

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri