Icma.az
close
up
RU
“Ermənistanda hələ də revanşist əhvalruhiyyə özünü göstərir“

“Ermənistanda hələ də revanşist əhvalruhiyyə özünü göstərir“

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“44 günlük Vətən müharibəsi və bir gün davam edən anti-terror tədbirlərindən sonra Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibətlərinin qurulması artıq həyatın tələbinə çevrilib. Azərbaycan əvvəllər də Ermənistanla yaxşı münasibətlər qurmaq istədiyini bəyan edirdi. Amma bunun üçün Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinə hörmətlə yanaşılması vacib idi. İndi bunun üçün tarixi şans yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq hüquq çərçivəsində qonşu Ermənistanla münasibətlər qurulmasına çalışır: “Bu istiqamətdə danışıqlar aparılır, iki ölkə liderlərinin vaxtaşırı görüşləri keçirilir. Məlumatlara görə, artıq sülh müqaviləsinin 80-85 faizi razılaşdırılıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfindən vaxtaşarı sülh müqaviləsini “tormozlamaq”, Azərbaycanın suveren hüquqlarını məhdudlaşdırmaq cəhdləri edilir, Ermənistanda hələ də revanşist əhval-ruhiyyə özünü göstərir. Ermənistan hələ də Azərbaycandan beynəlxalq hüququn verdiyi imkanlardan imtina etməyə çalışır, xaricdən müəyyən dairələr və dövlətlər Ermənistana dəstək verirlər. Ancaq Azərbaycan öz suverenliyini qorumaq, regionda sülh yaratmaq cəhdlərindən heç bir zaman əl çəkməyəcək, bu istiqamətdə öz fəaliyyətini genişləndirəcək və Ermənistanla sülh müqaviləsinin yaxın zamanlarda imzalanması üçün çalışacaq.

Ermənistan ümid etməsin ki, Azərbaycan sülh təklifindən imtina edəcək. Sülh müqaviləsi bu gün Ermənistandan çox Azərbaycana lazımdır. Ermənistanın açıq dənizə çıxışı yoxdur, ora investisiya qoymaq istəyən böyük şirkətlər yoxdur. Bu barədə Ermənistan rəsmilərinin də bəyanatlarında məsələlər öz əksini tapıb. Sülh müqaviləsi nə qədər tez imzalanarsa, regiona bir o qədər tez sülh gələr”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri