Ermənistanda həqiqi hərbi xidmətdən yayınan gənclərin sayı artır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 12 may, AZƏRTAC
“Ermənistanda gənclər həqiqi hərbi xidmətdən yayınırlar. Onlar hərbi xidmətə getməmək üçün bu ölkə vətəndaşlığından belə imtina edirlər”.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hayk Sərkisyan çıxış edib.
Onun sözlərinə görə, həqiqi hərbi xidmətə çağırılmamaq üçün Ermənistan vətəndaşlığından imtina edənlərin sayı ilbəil artır. Statistik məlumatları da təqdim edən deputat deyib: “2020-2024-cü illər ərzində 8 min 721 vətəndaş 18 yaşına çatmamış Ermənistan vətəndaşlığından çıxıb. Gənclərin böyük əksəriyyəti də 27 yaşının tamam olmasını (həqiqi hərbi xidmət üçün son yaş həddi) gözləyirlər ki, məcburi hərbi xidmətə getməsinlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















