Icma.az
close
up
RU
Ermənistanda sorğu: sülhə hazırsınızmı? İnanılmaz nəticə

Ermənistanda sorğu: sülhə hazırsınızmı? İnanılmaz nəticə

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannamə ilə bağlı mənfi fikirdədir.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Gallup” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan avqustun 25-dən 30-dək 1101 nəfər arasında keçirdiyi sorğunun nəticələrini təqdim etdiyi mətbuat konfransında deyib.

Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannamə barədə “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” deyib. Həmçinin 13,6% “kifayət qədər mənfi”, 34% isə “tamamilə mənfi” ifadəsini işlədib. 7% cavab verməkdə çətinlik çəkib, 3%-dən çoxu sənədin mövcudluğundan xəbərsiz olduğunu etiraf edib.

Həmçinin oxuyun:

Ermənistanda sorğu nəticələri: Paşinyanın seçkilərdə rəqibi o ola bilər

“Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – təxminən 47%-i bəyannamənin imzalanmasını mənfi qiymətləndirib, amma respondentlərin 40%-i bunu kifayət qədər müsbət qiymətləndirib”, – Navasardyan qeyd edib.

Sorğuya Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yolun mümkünlüyü ilə bağlı sual da daxil edilib. Respondentlərin 17,4%-i bu ideyanı tamamilə müsbət, 18,1%-i isə “kifayət qədər müsbət” kimi qiymətləndirib. Eyni zamanda, 11,3% “kifayət qədər mənfi”, 47,6% isə “tamamilə mənfi” cavabını verib.

“Beləliklə, respondentlərin təxminən 60%-i bu təşəbbüsə mənfi münasibət bəsləyir”, – Navasardyan qeyd edib.

İştirakçılara həmçinin Vaşinqton razılaşması nəticəsində regionda uzunmüddətli sülhün bərqərar olmasının perspektivləri barədə də sual verilib. 39% dinc ssenariyə ümid etdiyini bildirib. Əksəriyyət – təxminən 55% bu nikbinliyi bölüşmür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri